Qan şəkərini normaya salmağın yolu
Bizi izləyin

Tabloid.az

Qan şəkərini normaya salmağın yolu

Qan şəkərini tarazlaşdırmağın 15 yolu

Aclıq qan şəkərinin tarazlığını pozur, kökəlməyə gətirib çıxarır və dolayısı ilə səhhətimizə mənfi təsir edir.

Tıxa-basa yeyərək mədə həcmini doldurmaq yanlışdır. Bunun əvəzinə gün ərzində doğru qidalar seçərək, az-az amma tez-tez yeyərək qan şəkərini həmişə müəyyən tarazlıqda saxlamaq daha sağlamdır. Əslində qəbul etdiyimiz kaloridən çox ani qan şəkəri dəyişiklikləri qarın bölgəsində yağlanmaya yol açır.

Hər kəsin metabolizmi bir-birindən fərqli olduğu üçün yemək saatlarını qaçırmamaq lazımdır. Çünki çox yaxşı, ya da çox sağlam yemək bizi acmağa qoymur. Bu səbəbdən hər acanda və yemək istədikdə özünüzü saxlaya bilməyib yeyirsinizsə, bilməlisiniz ki, bu, orqanizmin insulin tarazlığını pozur. İnsulin balansının pozulması da qarın və qarın ətrafında yağlanmaya yol açır.

Tabloid.az gün ərzində qan şəkərinin tarazlıqda saxlanılmağın üsullarını belə sıralayır:

Hansı saatlarda dözülməz aclıq və ya şiriniyyat ehtiyacı olduğunu müəyyənləşdirin.

Ən çox hansı yeməyin sizi tox saxladığını müəyyən edin.

Zülal istehlak etməyə diqqət yetirin.

Yeməkləri çörəksiz yeməyin.

Tərəvəzləri qatıqsız yeməyin.

Meyvənin yanına qatıq /süt / ayran əlavə edin.

Pəhriz də olsa, biskvitlərə və peçenyelərə çox yer verməyin.

Qovrulmamış (çiy) badam yeyin.

Salatlara mütləq yağ və sirkə əlavə edin.

Son tikəni zülalla bitirin.

Axşamüstü və gecə porsiyalarına diqqət edin.

Gecə mütləq süd və ya qatıq yeyin.

Qan şəkərini qaldırmaq də, salmaq də pisdir!

Uzun müddətin aclıqlardan sonra yeməklərə hücum etmək, ya da dəli kimi yemək qan şəkərinin nə qədər aşağı düşdüyünün və nə qədər uzun müddət aclıq hiss etdiyinizin göstəricisidir. Birdən-birə yemək sürətlə qan şəkərini yüksəldir və bol miqdarda insulinin ifraz olunmasına səbəb olur, nəticədə isə yağlar tədricən qarın bölgəsində və qollarda toplanır.

Bir müddət sonra yağlanmalardan dolayı orqanizmdə insulin dirənci yaranır ki, bunlar da uzunmüddətli və qalıcı yağlamaya meydan açır. Daimi piylənmənin qarşısını almaq üçün qan şəkərini hər zaman eyni səviyyədə saxlamaq əhəmiyyət daşıyır. Bunun yolu da ac qalmaq deyil, doğru qidaları istehlak etməkdən keçir.

Çox şirin meyvələrdə porsiyaları aşmayın!

Banan, əncir, üzüm yerinə ərik, armud, şaftalı yeyin.

Ağ çörək yerinə tam buğda çörəyi istehlak edin.

Düyü plovu əvəzinə bulqur və ya qara düyünü rasiona daxil edin.

Kartof əvəzinə digər tərəvəzləri istehlak edin.

Yağlı süd məhsulları yerinə orta və ya az yağlı süd məhsulları yeyin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm