Elton Con sabah ərə gedir
Bizi izləyin

Tabloid.az

Elton Con sabah ərə gedir

Dünya ulduzu Elton Con və onun əri Devid Ferniş növbəti dəfə toy etmək qərarına gəliblər.

Dünya ulduzu Elton Con və onun əri Devid Ferniş növbəti dəfə toy etmək qərarına gəliblər. Bu dəfə toy Böyük Britanıyada olacaq. Evli cütlük uzun müddətdir ki, doğma ölkələrində eyni cinslilərin nikahına icazə verdiyi günü gözləyiblər.

Tabloid.az xarici mətbuata istinadən xəbər verir ki, məlumatı müğənninin mətbuat katibi Qeri Ferrou təsdiqləyib. İngiltərədə qanun qüvvəyə mindikdən sonra məşhur cütlüyün yenidən toy çaldıracaq.

“Associated Press” xəbər agentliyinin məlumatına görə, təmtəraqlı toy mərasimi bu həftə sonu, daha dəqiq sabah baş tutacaq. Toy bütün mediaya qapalı şəkildə təşkil olunub. Toydan şəkillər yalnız cütlüyün icazəsi ilə yayımlanacaq.

Müğənninin əri isə İngiltərədə eyni cinslilərin qanuni şəkildə evlənməsini bu cür şərh edib:

“Biz hər ikimiz düşünürük ki, “partnyor” və “ər” anlayışları arasında çox böyük fərq var”.

Xatırladaq ki, Elton Con və Devid Ferniş 2005-ci ildən rəsmi partnyor olaraq yaşayırlar. Bu münasibət forması dövlət tərəfindən tanınır. Məşhur cütlüyün 2 oğlu da var – Zakari və Elayci. Hər iki uşaq surroqat ana vasitəsilə dünyaya gəlib.

Cütlüyün onların necə dünyaya gəlməsini sirr olaraq saxlamaq fikirləri yoxdur. Uşaqların bioloji atalarının kim olmasını isə cütlük sirr olaraq saxlayır. Uşaqlara dünyaya necə gəlmələri haqqında böyüyəndə danışmaq üçün cütlük surroqat ana ilə bütün yazışmaları, tibbi yoxlamaları və tibbi analizlərin nəticələri ilə bağlı bütün sənədləri qoruyurlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm