Tolik izləyicilərini itirdi
Bizi izləyin

Tabloid.az

Tolik izləyicilərini itirdi

Xatırlayırsınızsa, hələ ötən həftə prodüser Tolik (Tarix Əliyev) “İnstaqram” sosial şəbəkəsində saxta profillərin silinəcəyi barədə xəbəri sevinərək hər kəs ilə bölüşmüşdü:

Dərin qaz, dərin qaz, özün düşərsən... Bu misalı yəqin hər biriniz eşitmişiniz. Əslində misal gətirməyim əbəs yerə deyil. Xatırlayırsınızsa, hələ ötən həftə prodüser Tolik (Tarix Əliyev) “İnstaqram” sosial şəbəkəsində saxta profillərin silinəcəyi barədə xəbəri sevinərək hər kəs ilə bölüşmüşdü:

“Şad xəbər! “İnstaqram” saxta yolla özünə izləyici artıran yalançı hesabların silinməsinə başlayıb. Vay bəzi müğənnilərin halına. Bir gün görəcəksiniz ki, izləyicilərinizin 50 faizi qalıb”.

İş belə gətirib ki, sosial şəbəkənin təmizləmə işindən sonra prodüserin özünün 20 minə yaxın izləyicisi yoxa çıxıb. Ötən həftə acıqlı statusundan sonra vəziyyətin yaxşı olmadığını görən prodüser taktikasını dəyişib.

Prodüserin izləyicilərinin azalması ilə o, özünü müdafiəyə başlayıb: “Bu alınmaları silmir. Bu spam gələnləri silir”.

Qeyd edək ki, Tolik alınmalar deyəndə pul ilə özünə saxta izləyici alan məşhurlar nəzərdə tutur.

Onu da əlavə edək ki, prodüser Tolik adıçəkilən sosial şəbəkədə izlədiyi bütün şəxsləri izləməkdən imtina edib:

“Hörmətli tanışlarım, dostlarım və şou biznes əhli! 322 nəfər izlədiyim şəxsləri izləməkdən imtina etdim. Hamınızın xətrini çox istəyirəm. Siz də məni izləməkdən çıxarsanız incimərəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm