Biseksual Ancelina Colinin sensasiyalı həyatı - Fotolar
Bizi izləyin

Tabloid.az

Biseksual Ancelina Colinin sensasiyalı həyatı - Fotolar

Zərifliyi ilə çılğın obrazını gizlədən Coli

Dünyanın ən gözəl və cazibədar qadınlarından biri, bəlkə də birincisi Ancelina Colidir desəm, yəqin ki, çoxları mənimlə razılaşar. Bir müddət modellik etsə də aktrisa kimi daha uğurlu olan Ancelina Coli bu gün bütün dünyada gözəlliyin təcəssümü kimi qəbul edilir.

Atdığı hər addım Hollivudda sensasiyaya çevrilən aktrisa bu günə kimi bir çox filmdə rol alıb. Ancaq Ancelina Colini aktrisalıq qabiliyyətindən çox gözəlliyi və qalmaqalları gündəmə gətirib.

Ancelinanın xüsusilə gənc yaşlarda etdiyi çılğınlıqlar hələ də onun üçün çətinlik törədir. Bir çox seks kaseti yayılan Ancelinanın bu görüntülərini yox etmək üçün həyat yoldaşı Bred Pitt 10 milyon dollar xərcləyib.

Ancelina Coli ilk dəfə 1996-cı ildə Conni Li Miller ilə ailə qurub. Toyunda qara rəngli dəri şalvar və həyat yoldaşının adını öz qanıyla yazdığı ağ rəngli mayka geyinib. Bu evlilik üç il davam edib.

Boşandığı il “Pushing Tin” adlı filmi çəkərkən tanış olduğu aktyor Billi BobTornton ilə evlənən Coli mediaya vəhşi və şəhvətli açıqlamalar verməyə başlayıb. Seks həyatları haqqında danışmaqdan çəkinməyən cütlük bir-birlərinin qanlarını şüşəyə dolduraraq boyunbağı kimi boyunlarında gəzdirdiklərini deyirdilər. Bu evlilik 2003-cü ildə bitir.

Bundan sonra Coli biseksual olduğunu açıqlamaqdan çəkinmir. O, “Foxfire” filmində birlikdə rol aldığı aktrisa Cenni Şimizu ilə cinsi əlaqədə olduğunu deyir. "Cenni ilə evlənə bilərdim. Onu gördüyüm ilk saniyədə aşiq oldum. Mən biseksualam. Bir qadın pərəstişkarımla yatsaydım, bundan böyük zövq alardım”.

Coli 2005-ci ildə "Mr. & Mrs. Smith” filmi çəkilərkən tanış olduğu yaraşıqlı aktyor Bred Pittlə münasibətdə olur. O zamanlar aktrisa Cennifer Enistonla ailəli olan Bred Pitt Ancelina üzündən yuvasını dağıdır. Yaraşıqlı aktyor açıqlamalar verərək xanımına xəyanət etdiyini təkzib edir. Ancelina isə "evli bir adamla birlikdə olmağı özümə bağışlaya bilməzdim. Elə bir şey etsəydim, aynada üzümə baxa bilməzdim. Onsuz da öz arvadına xəyanət edən adam diqqətimi çəkməzdi”, deyərək Bredin təqsirləndirilməsinə qarşı çıxır.

Bu hadisələr Hollivud aləmini bir-birinə qatır. Paparassilər cütlüyə "Brancelina" ləqəbini qoyurlar. Nəhayət 2006-cı ildə Coli Pittdən hamilə qaldığını “People” jurnalına təsdiqləyir və bununla da cütlük birlikdə olduqlarını etiraf etmiş olurlar.

Ancaq ilk zamanlar Bred Pittlə birlikdə olmaq Ancelinanın çılğın ruhuna təsir etmir. Bir neçə il sonra Ancelina ilə Bred Pittin ayrıldıqları ilə bağlı iddialar yayılır. Sonradan məlum olur ki, cütlük həqiqətən ayrılıb. Buna səbəb Colinin müğənni Leydi Qaqa ilə cinsi əlaqəyə girməsi olub. Ancaq Bred Pitt “Bundan sonra mənə sadiq olmağını istəyirəm. Həm kişilərdən, həm də qadınlardan uzaq duracaqsan”, - deyərək gözəl aktrisaya barışmağı təklif edir və Coli bu şərtlərlə razılaşır. Lakin aktrisa bir neçə dəfə vədinə əməl etməyərək qadınlarla Bredə xəyanət edir. Heç biri ilə ciddi əlaqə yaşamadığı üçün Bred Pitt bunlara da göz yumur.

2009-cu ildə əkizlərinə hamilə olan Ancelina Coli Kann film festivalında məşhur aktyor və rejissor Klint İstvudun xanımı Dinayı dodağından öpərək bir daha gündəmə damğa vurur.

Bu qədər senssasiyanı kim yaşasa yorulardı. Ancelina Coli də yorulur və daha sakit bir həyat tərzini mənimsəyir. Ancelina son illər xeyriyyə işləri, zərifliyi ilə 6 uşaq anası kimi qadınlara əsl nümunə olur. Bu il Bred Pittlə rəsmi şəkildə ailə quran Ancelina Coli 39 yaşında olmasına baxmyaraq, cazibədarlığını qoruyub saxladığı heç kimin nəzərindən yayınmır. Dəvətlərdə hamının nəzərlərini özünə cəlb edən bu xanımın geyim stili yəqin ki, sizin üçün maraqlı olar. Şəxsən mənim üçün maraqlı oldu. Çünki bu qədər çılğın xarakterli bir qadının necə belə zərif və eleqant geyinə bildiyini hələ də anlaya bilməmişəm. Düzdür, Coli kombinlərində bəzən çiyin detallarla içindəki qeyri-adi şəxsiyyəti büruzə verir, ancaq klassik kəsimlərə sahib, onu şahzadələrə bənzədən ziyafət geyimlərinə daha çox üstünlük verir.

Gəlin, tabloid.az-ın “Onların stili” layihəsi çərçivəsində Ancelinanın zəriflik sirrlərinə nəzər salaq.

Cazibədar aktrisanın geyimlərdə ən çox sevdiyi rəng qaradır. Tez-tez qara rəngin ehtişamı ilə zərifliyini vurğulayan Colinin qırmızı xalıya gələrkən üstünlük verdiyi digər rənglər isə ağ, qırmızı, yaşıl, bej çalarlardır. Çox nadir hallarda naxışlı, qaşlı, bər-bəzəkli libaslar geyinən Colinin stilini əsasən sadə kəsimləri olan, belinin incəliyini vurğulayan, uzun və şıq modellər təşkil edir.

Onu da qeyd edim ki, aktrisa daim cəsur dekolteləri ilə diqqə tçəkir. Xüsusilə ayaq dekoltesi ilə gündəmə gəlməyi çox sevir.

51 kilo olan və anoreksiya xəstələri qədər arıq görünən bu qadın həqiqətən də necə geyinməli olduğunu əla bilir. Əks təqdirdə digər ulduzlardan fərqli olaraq iri ombası, sinəsi, yəni bir sözlə qıvrımları olmadan bu qədər seksual görünməsi, kişilərlə yanaşı qadınları da özünə heyran etməsi mümkünsüz olardı.

Stili ilə sadəcə pərəstişkarlarının deyil, rəqiblərinin də nümunə götürdüyü gözəl aktrisanın ən yaxşı obrazlarını seçmişəm.

Hər dəfə Hollivud ulduzlarının iştirak etdikləri önəmli bir dəvət olanda ən çox Ancelinanın nə geyinəcəyi maraq doğurur. Moda bloqları həftələr öncəsindən öz təxminlərini yazırlar. Aktrisa bu qədər marağa, bu qədər diqqətə layiq olduğunu hər dəfə sübut edir.

Müxtəlif zamanlarda Ancelinanın dəvətlərə geyindiyi şıq geyimlər bu sözləri deməyə əsas verir.

Ancelina Coli bu il “BAFTA” mükafat mərasiminə çiyini açıq libası ilə damğa vurdu. “Saint Laurent” imzalı kombinini “Tiffany & Co.” zinət əşyaları ilə tamamlayan aktrisa göz qamaşdırıb.

Bu il aktrisa rejissorluğunu etdiyi “Unbroken” filminin qalasında başdan-ayağa ağa bürünmüş halıyla moda trendlərini yaxından təqib etdiyini göstərdi.

Angelina Jolie kırmızı halı için tercihini Ralph&Russo elbiseden yana kullandı.

Yenə eyni filmin Koreyada baş tutan nümayişində isə gipür detalları olan boz-qara rəngli, bədəninə yapışan libası ilə modada gipürün yüksəlişi ilə bağlı xəbərdarlıq etdi.

Aktrisa rol aldığı "Maleficent" adlı filmin qala gecəsinə dəridən hazırlanmış möhtəşəm libası ilə damğa vurmuşdu.

2012-ci ildə isə “Oscar” mükafatlarının təqdim edildiyi gecəyə yenə Ancelina Coli damğa vurdu. Aktrisa məxmər parçadan tikilən, qara rəngli, dərin yarıqlı “Versace” libası ilə aylarla gündəmdə qaldı. Colinin cəsarətli ayaq dekoltesi hamının diqqətini cəlb etdi və Cennifer Lopez başda olmaqla bir çox seksual qadın qırmızı xalıya ayaqlarını ön plana çıxaran yarıqlı libaslarda gəlməyə başlayırlar.

Elə həmin il Coli bu dəfə “Qızıl qlobus” mükafatına yenə “ Versace”nin şıq libası ilə qatılır. Kombinini “Versace” ayaqqabılar və “Christian Louboutin” klatçla tamamlayan gözəl ulduz moda dünyasının yeni ilham mənbəyi olur.

2012-ci ildə həyat yoldaşı Bred Pittin rol aldığı “World War Z” filminin Berlində keçirilən nümayişi zamanı yenə “Ralph & Russo” brendinin libası ilə görənləri özünə məftun etməyi bacarıb.

Aktrisa 86-cı “Oscar” mükafatları gecəsinə isə dəri rəngi ilə harmoniya təşkil edən zərif ziyafət libası gələrək bir daha stil ikonası ləqəbini alın təri ilə qazandığını göstərdi. “Elie Saab” imzalı transparan ziyafət libası aktrisaya çox yaraşıb.

Aktrisa qara ilə yaşıl rəngin onun göz rəngini ön plana çıxardığını düşünür. Ona görə də daha çox bu rənglərdə geyiunməyi sevir. Elə 2011-ci ildəki “Qızıl qlobus” mükafat gecəsi üçün seçdiyi uzun qollu yaşıl rəngli libas da bunu göstərir. Svarovski kristallarla bəzədilən “Versace” imzalı libası düzgün ayaqqabı və çanta ilə kombinə etməyi bacaran Coli bütün rəqiblərini qısqandırmağı bacarıb.

2010-cu ildə yaraşıqlı aktyor Conni Deplə birlikdə rol aldığı “Tourist” filminin Madriddəki qalasına öz tərzindən uzaq bir libasla gəlib. Bu paltar onu olduğundan daha yaşlı göstərsə də, Coli yenə də cazibədarlğından heç nə itirmir.

2009-cu ildə Kann film festivalının açılış mərasimində krem rəngli, dərin yarıqlı “Versace” libası ilə hamını özünə heyran qoyan Coli makyajında qırmızı rəngə üstünlük vermişdi.

Rejissorluğunu etdiyi “In the Land of Blood and Honey” adlı filmin Parisdə baş tutan qala gecəsinə aktrisa “Ralph & Russo” imzalı möhtəşəm libası ilə damğa vurur. Coli sadə makiyajı ilə də diqqət çəkir.

2007-ci ildə cazibədar ulduz Kann film festivalına sarı rəngli, maksi donla gəlib. Sarı çox riskli rəngdir. Hamı onu düzgün kombinə etməyi və özünə yaraşdırmağı bacarmır. Coli isə bu işin öhdəsindən asanlıqla gəlib. “Emanuel Ungaro” imzalı libası “Chopard”ın zinət əşyalaır ilə kombinləyən Coli bütün nəzərləri üzərinə cəlb edib.

Bir neçə ay öncə Bred Pittlə Fransada gizli şəkildə evlənən Colinin gəlinliklə çəkilmişl fotolarını "People" jurnalı 2 milyon dollara almışdı. Bu möhtəşəm gəlinliyi Colinin 6 övladı müxtəlif fiqurlarla bəzəmişdilər.

Colinin sadəcə geyimləri deyil, möhtəşəm zinət əşyaları da xanımlara ilham verir. Geyimlərdə olduğu kimi ləl-cəvahiratda da yaşıl rəngli daş-qaşa, xüsusilə də zümrüdə üstünlük verən Coli həmişə bahalı, lüks seçimlər edir.

Məsələn, Colinin milyon dollara aldığı deyilən zümrüd sırğaları dəb dünyasında əsl səs-küy yaratmışdı.

Bred Pittin Ancelina Coliyə hədiyyə etdiyi üzük də olduqca diqqət çəkmişdi. Bu üzüyün hər bir detalını Bred Pitt özü müəyyənləşdirib. Daha sonra məşhur dizayner Robert Prokopadan üzüyü hazırlamasını xahiş edib. Bred Pitt 250 min dollara başa gələn brilyant qaşlı nişan üzüyünün Ancelinanın xarakterinə uyğun olduğunu düşünür.

Aktrisanın zinət əşyalarına olan bu marağı o qədər güclüdür ki, öz dizaynlarından ibarət olan “Style of Jolie” adlı ləl-cəvahirat kolleksiyası da hazırlayıb. Aktrisa kolleksiyada brilyant, zümrüd və kvarsdan istifadə edib.

Cazibədar aktrisa çanta və ayaqqabı seçimlərində də olduqca zövqlüdür. Coli geyimini ən yaxşı şəkildə tamamlayan hündürdaban və sadə ayaqqabılar seçir.

Ulduzun “Christian Louboutin” markalı ayaqqabıları isə əsl dəb tendensiyası yaratmışdı. Moda evinin aktrisanın rol aldığı "Malefisenta" filmindən ilhamlanaraq özəl olaraq hazırladığı ayaqqabı daban detalı ilə diqqət çəkir.

Filmdə Ancelina Colinin canlandırdığı şər qüvvəni təmsil edən obrazın buynuzları ayaqqabının dabanında vurğulanıb. Qiyməti 1500 dollar olan ayaqqabıların satışından əldə olunan gəlirin əsas hissəsi “SOS Children's Villages” xeyriyyə fonduna gedib. Coli bu ayaqqabının ağ, qara və qızılı rəngdə olan modelini geyinərək həm xeyriyyə işinə dəstək vermiş, həm də ekstraavaqant seçimlərlə də şıq görünə bildiyini göstərmişdi.

Ancelina Coli Hollivud ulduzları arasında ən çox döyməsi olan qadındır. Pop ulduz Rihanna kimi Ancelina Coli də bədənini başdan-ayağa döymələrlə bəzətdirib. Colinin kürəyindəki böyük döymə xüsusilə diqqət çəkir.

Zərif ulduzun saç modelləri də xanımların diqqət mərkəzindədir. Uzun saçı xoşlayan Coli dalğalı saç stilinə üstünlük verir. Bu zaman saçlarını yandan ayrır. Bəzən də gözəl üzünü ön plana çıxaran sadə və dəbli toppuz modelləri ilə gözəl görünmək istəyənlərə ilham verir. Qəhvəyi saç rənginin müxtəlif çalarları arasında gedib gəlir.

Ancelina Coli deyəndə ilk öncə gözümüzün qarşısına iri dodaqları və gözləri ilə mələkləri xatırladan bir sima gəlir.

Coli bu qədər məşhurlaşmasında rolu böyük olan dodaqlarını çox vaxt qırmızı dodaq boyası ilə mükafatlandırır. Bu zaman gözlərinə qara layner çəkir.

Geyimi qırmızı dodaq boyasına imkan vermədikdə isə gözlərini ön plana çıxaran makiyaj edir, dodaqlarına isə bej və açıq çəhrayı çalarlarında dodaq boyası çəkir. Coli həqiqətən də şanslı qadındır. Gözləri və dodaqları ideal olduğu üçün makiyaj edərkən çətinlik çəkmir. Ən sadə makiyajla belə mükəmməl görünür.

Sonda Ancelina Colini üz qabığına çıxaran jurnalları təqdim edirəm. Bu gözəl xanımın möhtəşəm şəkillərinə baxaraq həm ilham alın, həm də gözünüzü dincəldin.

Həftə sonu xoş istirahətlər diləyirəm...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm