“İnstaqram” yerli və dünya ulduzlarına zərbə vurdu
Bizi izləyin

Tabloid.az

“İnstaqram” yerli və dünya ulduzlarına zərbə vurdu

“İnstaqram” yerli və dünya ulduzlarına zərbə vurdu

“İnstaqram”ın təmizləmə işləri aparması dünya ulduzlarını pis vəziyyətə salıb. Bəzi məşhurlar milyonlarla istifadəçisini itiriblər. Belə ki, “İnstaqram” məşhur simaları xüsusi işarə ilə qeyd etməyə başlayıb. Bu üsulla şəbəkə həm tanınmışların adından istifadə edib yaradılan saxta profilləri, həm də müxtəlif məqsədlər üçün yaradılan spam səhifələri silib.

Sosial şəbəkənin bu qərarından sonra yüzlərlə tanınmış sima “zərər çəkib”. Məsələn, ən çox “zərər çəkən”lərdən biri Eykon (Akon) olub. Qara dərili ifaçı təqribən izləyicilərinin 56 faizini itirib. 5 milyondan çox izləyicisi olan Eykonu izləyənlərin sayı 1 milyon 900 minə enib.

Bundan əlavə “İnstaqram” kralı olan kanadalı müğənni Castin Biber postunu Kim Kardaşyana verib. Təmizləmə işlərindən sonra Kim Kardaşyan kraliça olub. Hazırda onu 22 milyondan çox insan izləyir. İkinci yerdə pop diva Beyons gəlir. Müğənnini 21 milyon insan izləyir. Keçmiş kral Castin Biber isə hazırda TOP 3-lüyü tamamlayır. Onu 20 milyon insan izləyir.

Maraqlısı odur ki, sosial şəbəkənin öz rəsmi səhifəsi olan “İnstaqram” yenə də ən çox izlənən səhifə olaraq qalır. Səhifəni 45 milyon insan izləyir.

Yerli şou nümayəndələrimiz də bu “təmizləmə” işindən zərər çəkib. Məsələn, xalq artisti Aygün Kazımovanı 100 mindən çox insan izləyirdisə indi onu 87 minə yaxın istifadəçi izləyir. Röya, Ayan Babakişiyeva, prodüser Tarix Əliyev də izləyicilərinin sayının azaldığı yerli məşhurlardır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm