Dünyanın ən romantik adası - Fotolar
Bizi izləyin

Tabloid.az

Dünyanın ən romantik adası - Fotolar

Dünyanın ən romantik adası satışa çıxarılıb

Dünyanın ən romantik adası satışa çıxarılıb. Kanadadakı ürək formalı ada romantik aşiqlərin diqqət mərkəzindədir. Adanın qiyməti 1 milyon dollardır.

Adanın ətrafı ananas və şam ağacları ilə əhatəyə alınıb. Montreal şəhərinə 45 dəqiqəlik məsafədə olan bu balaca adada taxta ev də var. Təbiət qoynunda olmasına baxmayaraq, evin içində sauna, internet, telefon kimi müasir həyata uyğun texnologiyalar var.

Bu taxta evdə qışı rahatlıqla keçirmək olur. Xəyallardakı kimi bir həyat yaşamaq istəyənlərin almağı arzuladıqları bu adaya gediş-gəliş kiçik qayıqla mümkündür.

Qeyd edək ki, 1 milyon dollarlıq qiymətə qayıq da daxildir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm