Hollivudun ən yaraşıqlı kişisi Yeni il gecəsi evlənəcək
Bizi izləyin

Tabloid.az

Hollivudun ən yaraşıqlı kişisi Yeni il gecəsi evlənəcək

Conni Depp evlənməyə hazırlaşır

Hollivudun ən məşhur subaylarından biri olan Conni Deppin bir ildən çoxdur ki, eşq yaşadığı aktrisa Ember Herdlə Yeni il axşamı evlənəcəyi iddia edilib.

İddialara görə, 51 yaşlı aktyor Tim Barton, Helena Bonem Karter, Merilin Manson və Stiven Tayler kimi məşhurları Baham adalarında təşkil edəcəyi Yeni il ziyafətinə dəvət edib.

Aktyorun həmin gecə sürpriz edərək sevgilisi ilə rəsmi şəkildə evlənəcəyi deyilir.

Qeyd edək ki, iddialarla bağlı cütlük heç bir açıqlama verməyib.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm