Ərzaq məhsullarının insan orqanizminə təsir gücü
Bizi izləyin

Tabloid.az

Ərzaq məhsullarının insan orqanizminə təsir gücü

İnsan orqanlarına uyğun gələn bitkilər

Ərzaq haqqında olan elmlər iki kriteriya əsasında qurulub: kalorinin (enerjinin) miqdarı və molekulyar tərkibi (zülal, yağ, vitamin, mineral və s.). Qədim dietoloqlar bu məqsədlə aşağıdakıları nəzərə alırdılar:

1. Qidanın dadı.

2. Qidanın orqanizmə təsiri gücü.

3. Ərzağın forması və sıxlığı (qəlizlik dərəcəsi).

4. Qidanın rəngi.

5. Ərzağın parametrlərinə görə məlumat+isti-soyuq və yaş-quru olması.

6. İqlim və yerin təsirinə görə qidada olan dəyişiklik barədə məlumat.

7. İsti və digər emal zamanı ərzağın xassələrinin dəyişməsi.

Bunları bilməklə qidadan dərman kimi, dərmandan da qida kimi istifadə edirdilər. Fizika elmində olan son kəşflər bu təsirlərin düzgünlüyünü tam təsdiq etdi. Eyni zamanda Amerikada həkimlər Aynrvedamaxarişi – bu qədim elmi praktikada müvəffəqiyyətlə müasirləşdirərək nümayiş etdirdilər. Gəlin, orqanizmin sağlamlığı məqsədi üçün bunlardan necə istifadə etməyi öyrənək.

Qıdanın dadı

Qidanın dadı onda olan enerjinin xüsusi xassələri haqqında məlumat verir. Dil – dad orqanı kimi bu enerjini hiss edir.

Ərzaqda olan enerji bizim həyat fəaliyyətimizə xeyirli təsir edə bilər, xüsusilə də həmin növ enerji orqanizmimizdə çatışmasın və əksinə bu növ enerji artıq olduqda bizim həyat fəaliyyətinə zülm edər, sıxar.

Aynrveda 6 əsas dadı fərqləndirir:

a) şirin-acı

b) turş-duzlu

c) yandırıcı

d) büzüşdürücü

və əlavə iki dad

e) ağzı qamaşdıran

f) dadsız.

Şirin – müalicəvi əhəmiyyəti çox böyük, bədənin qüvvəsini artırır, möhkəmlədirir, bədənin şirəsini həzm etməyə imkan verir, az miqdarda istilik yaratmaq qabiliyyəti də var.

Turş dadın sərinləşdirici (təzələndirici) təsiri var, iştahanı həvəsləndirir, qidanı parçalamağa, həzm etməyə imkan verir, mayeni orqanizmdə saxlamağa imkan yaradır, bağlanmaları və bağırsaq keçilməzliyini açır.

Duzlu dadın təmizləyici xassəsi var, bağlanmanı, ləngiməni (ilişib qalmanı), bərkiməni açır, kifi aparır, iştahanı artırır, ağız suyu – mədə şirəsi ayrılmasına çağırır, soyuq ərzaqlara orqanizm tərəfindən istiləşmə verir.

Acı dad iştahanı və həzm etməni yaxşılaşdırır, bədəni isidir və ondan maye ifraz olunmasını gücləndirir (hərəkətə gətirir), damarları açır, həll etmək – seyrəkləşdirmək xassəsi var, bədəndə dövretmə proseslərini artırır, boşluqların təmizlənməsinə təsir edir.

Büzüşdürücü dadın quruducu xassəsi var: irini, çirki, qanı, ödü, səfranı qurudur, yaranı sağaldır, dərinin rəngini yaxşılaşdırır, güclü surətdə sərinlədir.

Qida həzmetmə yoluna keçdikdə onun dadı dəyişir. Belə ki, şirin və duzlu dadı olan ərzaq şirin, turş dadı olan turş, acı, yandırıcı və büzüşdürücü dadı olanlar acı dadlı olur.

Beləliklə 6 daddan 3 dad yaranır. Orqanizmin daxilində yaranan “Şirin” dad bədənin çəkisini artırır, onun möhkəmlənməsinə təsir edir.

Şirin çox olduqda selik əmələ gəlir, orqanizmin istilik yaratmaq qabiliyyəti azalır, istilik yaratmaq qabiliyyəti azalır, piylənmə yaranır, intellektual səviyyəyə görə bu əhəmiyyətsizdir, süstlük olur.

Turş dad orqanizmin istilk yaratmaq, intellektual və həzmetmə qabiliyyətini artırmaq imkanı yaradır.

Turş dadın artıqlığı qanın tərkibini pisləşdirir, dəridə yaranan qıcıqlanma, ürək qıcqırması yaradır, adam əsəbiləşir (qıcıqlanır) və özündən tez çıxır.

Acı dadda orqanizmin təmizlənmə xüsusiyyəti var: həyata, yaşayış proseslərinə təkan verir və insanı arıqlamağa aparır. Acının artıqlığı orqanizmin gücünü azaldır, bədənin suyunu qurudur. Psixi olaraq bu hal səbəbsiz olaraq tez-tez qorxuyua, həyəcanlanmaya şərait yaradır.

Ağzı qamaşdıran dad büzüşdürücüyə oxşayır – şirəni qatılaşdırır və sərinləşdirir.

Dadsızlıq rütubətlilik yaradır, yumuşaldır və taqətdən salır.

Ərzağın forması və sıxlığı

(qəlizlik dərəcəsi)

Kvant fizikasına görə hər bir material obyektin forma və sıxlığı öyrənilib, aydınlaşdırılıb. Hər material obyekt nazik maqik qüvvədən təşkil olunmuş ki, kvant hissəciklər onlara həmin görünüşü (necədirlərsə, o cür) verir. Kvant hallarının dəyişməsi, onların görünüşünün dəyişməsinə səbəb olur ki, bu, ərzaqlara da aiddir. Buradan maraqlı bir nəticə çıxır ki, bu da həyati təcrübələrlə təsdiq olunub.

İnsanın hər hansı üzvündə nazik maddi xüsusiyyət çatışmırsa, onu bitki və heyvana uyğun üzvü ilə düzəltmək olar. Burada, o cümlədən qədimdən belə təsnifat təqdim olunub:

1. İnsan orqanlarına uyğun gələn bitki hissələri.

Mədəyə kök;

Baş-beyinə gövdə;

Sinirə budaq;

Ağ ciyərə yarpaq;

Qana xlorofil;

Şirə (sok) sinirlə dövr edən və beynin sperma və digər toxumların impulsuna çevrilən enerjidir.

Toxum – cücərmə dövründə mənəvi enerjidir.

2. Heyvan orqanları müvafiq insan orqanlarına uyğun gəlir.

3. Xəstəliyi müalicə edən bitki hissəsi

Kök – sümük xəstəlikləri;

Gövdə – ət;

Budaq – damar və kapilyar xəstəlikləri;

Qabıq – dəri;

Yarpaqlar – baş orqanları (mədə, öd kisəsi, nazik-yoğun bağırsaq, sidik kisəsi, yumurtalıq);

Çiçək – hiss orqanları;

Meyvə – bütöv orqanları (ürək, ağ-qara ciyər, dalaq, böyrək);

4. Mənfi və müsbət enerjinin paylanması.

Bitkilərin ucu müsbət (+), kökləri mənfi (-) ilə yüklənib. Bitkilərin torpağa bitişik hissəsi tarazlaşdırıcı (müvazinətli) xassəyə malikdir (uc-uca qoyulan müsbət (+) və mənfi (-) yüklər). Məsələn, meyvə müsbət, kök yumruları mənfi yüklənib. Meyvənin saplağa tərəf hissəsi mənfi, gül tərəf hissəsi müsbət yüklənib.

Ərzaq məhsullarının xassə və sıxlıqlarından (qəlizlik dərəcəsindən) geniş danışsaq, o zaman yüngüllük sərtlik, bərklik quruluq, hərəkətlilik dağıdıcılıq qabiliyyətinə çevrilər.

Yüngüllük, yağlılıq rütubətlilik, axıcılıq, keçiricilik (nüfuz etmə) kəskin qoxuya malik olarsa və daha kəskin (iti) olarsa bu istilik yaradan, həzm edən və intelekt qabiliyyətlərə malik olmasına imkan yaradar.

Ağırlıq, yağlılıq, qatılıq (qəlizlik) yapışqanlıq (xılılıq) bədənin möhkəmliyini təmin edən hormon sisteminə istiqamətləndirir.

Orqanizmi bir (I) qrup ərzaqlar təbii olaraq həddən artıq təmin etmək bədənin suyunu qurudar – suzuzlaşdırar, II qrup qanı xarab edər, III qrup selik yaradar. Bu səbəbdən də hər şey öz ölçüsündə olmalıdır.

Yetişdiyi yerin və iqlim şəraitinin ərzaq məhsullarına olan təsirlərinin ərzaqlarda məlumatlanması.

Bütün bitkilər olduğu yer haqqında bütün xəbərləri qəbul edir. Belə ki, bitkinin olduğu yer çox istidirsə, onda bitki onunla (isti) ilə mübarizə aparır və əks xassələri özündə cəmləşdirir – soyuqluq-susuzluq xassələri alır (Məsələn, qarpız, yemiş yarpaqlı tərəvəzlər (kələm), ağac meyvələri, giləmeyvə və s.).

Əgər bitkini uyğun olmayan şəraitə aparsaq, o, soyuq şəraitlə mübarizə aparıb, özündə əks xassələr (iti, yağlılıq xassələri) yaradır. Taxıl, qoz, tumlar, kök meyvələr və s. kimi.

İnsan yaşadığı ərazinin ərzaqlarını qəbul edəndə ağıllı iş görür. Ərzaqların xüsusiyyətlərinə görə, o, uyğun olmayan xarici şəraitlə mübarizə aparır.

O yayda istiyə qarşı sərinləşdirici, sulu xüsusiyyətləri olan bitkilərdən istifadə edir: pamidor, xiyar, kələm, giləmeyvə, meyvə və s. Qışda isə əksinə, soyuq və quruluğa qarşı taxıl, qoz, tum, kök, meyvə və quru meyvələrdən (quru meyvələrdə istivermə xassəsi var) istifadə edir. Turş dad da orqanizmdə suyu yaxşı saxlayır.

Ərzaq məhsullarının insan orqanizminə təsir gücü

Təcrübədən göstərir ki, bəzən bir maddəni yeyəndə heç bir təsir hiss etmirik. Başqa birisin yeyəndəsə hətta bir andaca ölə də bilərik. Buna görə də hələ qədimlərdə təsir gücünə görə ərzaq məhsullarını 4 dərəcəyə ayırmışdılar.

1. Qəbul olunan ərzaq (maddə) insan orqanizminə heç bir təsir etmirsə (müşahidə olunmursa), (isinmirsə, soyumursa, qurutmursa, sulandırmırsa və s.) bu ərzaq (maddə) müvazinətləşdirici (tarazlaşdırıcı) ərzaq adlanır.

2. Əgər ərzaq az təsir edirsə, o, şərti olaraq I dərəcəli ərzaq adlanır.

3. Əgər ərzaq öz istisi, soyuğu, qurululuğu, sululuğu ilə müəyyən dərəcədə təsir edirsə, ancaq təsiri olmursa, o, II dərəcəli ərzaq adlanır.

4. Əgər ərzaq zəhərli təsir edirsə, insanı öldürmək təhlükəsi olursa, bu, III dərəcəli ərzaq adlanır.

Bu təsnifata görə, müvazinətləşdirici təsirə malik olan ərzaqdan qida kimi istifadə olunur.

I-II dərəcəli ərzaqdan ilin fəsillərindəki qeyri-sabitliyə qarşı, kiçik naxoşluğa – kefsizliyə qarşı istifadə olunur.

III-IV dərəcəli ərzaqlar ciddi – ağır pozuntular zamanı müalicə məqsədilə dərman kimi istifadə olunur.

Elman Mehbalıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm