• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qara zirənin möcüzələri

Qara zirənin möcüzələri

Qara zirə yağı əsrlər ərzində müsəlmanlar arasında çox təsirli müalicəvi vasitə kimi istifadə olunurdu.Dadı acıdır və ədviyyat kimi istifadə edilən bir bitkidir. Tədqiqatlar göstərir ki, bu bitkinin tərkibində olan vitaminlər diabet, ürək xəstəlikləri, qan azlığı və miqren üçün çox faydalıdır. Tərkibində olan yağ turşuları onu xərçəng əleyhinə olan bir bitkiyə çevirir. Bu bitki dəri və saçları qorumaq xüsusiyyətinə də malikdir.

Məhəmməd peyğəmbər (s.ə.s) qara zirə haqqında deyirdi ki, o ölümdən başqa bütün xəstəliklərin dərmanıdır.

Qara zirə yağı insanın immun sistemini stimullaşdırır və bunun nəticəsində müxtəlif xəstəliklərlə mübarizədə çox yaxşı kömək edir.

Elmi tədqiqatların nəticəsində sübut olunub ki, qara zirənin daim qəbulu qanda limfositlər və digər immun sisteminin qoruyucu hüceyrələrin səviyyəsini artırır. Bu hüceyrələr insan orqanizminə xarici mühitdən düşən müxtəlif zərərli mikroorqanizmlərlə (infeksiyalar, viruslar, parazitlər, göbələklər və s.) mübarizə aparır və bunun nəticəsində insan daha az xəstələnir.

Bundan əlavə bizim immun sistemi orqanizmdə əmələ gələn xərçəng hüceyrələrini məhv edir. Nəzərinizə çatdıraq ki, xərçəng hüceyrələri insan orqanizmində daim əmələ gəlir, və yalnız güclü immun sistemi bu hüceyrələrin çoxalmasına və nəticədə xərçəng xəstəliyinə çevrilməsinə imkan vermir. Tibbdə çoxdan sübut olunub ki, xərçəng xəstəliklərin əksəriyyəti məhz immun sistemi zəifləməsi zamanı inkişaf edir.

Qara zirənin şişəleyhinə təsiri müxtəlif elmi-tədqiqat laboratoriyaların tədqiqatları nəticəsində sübut olunub. Dünyanın müxtəlif ölkələrində onkoloqlar bu vasitəni xəstələrə profilaktik və müalicəvi məqsəd ilə təyin edirlər.

İmmun sisteminin möhkəmləndirilməsi məqsədi ilə sağlam insan profilaktik olaraq hər gün səhər və axşam 1 çay qaşığı qara zirə yağını qəbul edə bilər.

Qara zirə hipertoniya xəstəliyi zamanı arterial təzyiqinin tənzimlənməsinə kömək edir, qanda şəkərin və pis xolesterinin səviyyəsini aşağı salır.

Qara zirə yağı damarlarımızı təmizləyir, onların elastikliyini artırır və bunun nəticəsində ateroskleroz və insult kimi ağır xəstəliklərin inkişafında yaxşı profilaktik təsir edir.

Qara zirə insanın mədə-bağırsaq sisteminə də yaxşı təsir edir. Disbakteriozla mübarizədə bu ən effektli vasitələrdən biridir. Qara zirə iştahanı artırır, piyləmənin qarşısını alır, arıqlamağa kömək edir.

Müxtəlif dəri xəstəlikləri zamanı (psoriaz, ekzema) qara zirə yağının daim istifadəsi çox yaxşı müalicəvi effekt verir.

Qara zirə yağı dərini cavanlaşdırır, onu daha hamar edir, qırışları azaldır. Qara zirə yağını müxtəlif dərini cavanlaşdıran maskalara əlavə etmək olar. Bundan əlavə bu kimi sadə reseptdən istifadə edə bilərsiniz: qara zirə yağını təmiz dəriyə nazik qatla çəkin və 15-20 dəqiqədən sonra xüsusi kosmetik salfetlərlə silin.

Nəzərinizə çatdıraq ki, qara zirənin müalicəvi xüsusiyyətlərindən faydalanmaq üçün yalnız təbii qara zirə yağından istifadə edin. Hal hazırda bazarda çoxlu miqdarda ucuz saxta qara zirə yağları satılır ki, onların istifadəsi insana heç bir fayda verə bilməz.

Bu bitkidən istifadə qaydaları:

Saç tökülməsinin qarşısını almaq üçün qara zirə bitkisinin pudrasını xına və süsən bitkisinin yağı ilə qarışdırıb, başınıza yaxın.

Revmatizmin müalicəsi üçün qara zirə bitkisinin pudrasını (tozunu) küncüt yağı ilə qarışdırıb, ağrıyan yerlərinizə yaxın.

Üzdəki çivzələri (sızanaqları) aradan aparmaq üçün qara zirə bitkisinin pudrasını sirkə ilə qarışdırın və gecələri üzünüzə yaxın.

Böyrək daşlarını əritmək üçün 10 qram qara zirə bitkisini qaynar su və balla qarışıdırın və sonra için.

Diz ağrılarını aradan qaldırmaq üçün 40 gün hər gün qara zirə bitkisinin qaynadılmış suyundan yarım stəkan için.

Başın arxasındakı ağrını aparmaq üçün qara zirə bitkisinin 25 qram pudrasını 100 qram balla qarışdırın. Sonra için.

Bu bitkinin cövhərini üzünüzə yaxsanız, dəriniz cavanlaşacaqdır.

QARA ZİRƏNİN VƏ QARA ZİRƏ YAĞININ İSTİFADƏ EDİLDİYİ BƏZİ TİBB SAHƏLƏRİ.
1.Qara zirənin üyüdülmüş dənələrini balla qarışdırılmış halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir.
2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir.
3.Qara zirənin qəbul edilməsi mədə və bağırsaq qurdlarını məhv etməyə kömək edir.
4.Soyuqdəymələrdə və revmatizm hallarında qara zirəni qaynadaraq ondan hazırlanan kompresi başa qoymaq olduqca xeyirlidir.
5.Bəlğəmə qarşı qara zirəni limon şirəsi ilə qarışdırıb qəbul etmək lazımdır.
6.Qara zirənin tüstüsü ağcaqanadları və digər həşəratları uzaqlaşdırır.
7.Eləcə də qara zirədən təzə çıxan xalların üzərinə qoymaqla onların inkişafının qarşısını almaq və ümumiyyətlə dərini təmizləmək üçün istifadə edilməsi məsləhət görülür.
8.Qotur xəstəliklərində sirkə ilə qarışdırılmış qara zirədən hazırlanan pastanın istifadə edilməsi məsləhət görülür.
9.Dəri yaxşı vəziyyətdə olmadıqda qara zirəni yağla qarışdırılmış halda qəbul etmək lazımdır.
10.Qara zirənin qəbul edilməsi onurğa beyninin və immun sisteminin həyat üçün vacib olan hüceyrələrinin yaranmasını stimullaşdırır.
11.Bundan başqa,alimlər demişlər ki,artıq qeydiyyata göyürülmüş faktlar onu göstərir ki,qara zirə xərçəng şişlərinin müalicə məqsədiylə tətbiq edilməsi və onların qarşısını almaq üçün ideal namizəddir.
12.Qara zirənin qəbulu qanda olan şəkərin səviyyəsini kəskin şəkildə azaldır və beləliklə,bu bərəkətli bitkinin çox saylı xəstəliklərə,o cümlədən diabetə qarşı gözəl müalicə vasitəsi olması faktını bir daha təsdiq edir.
13.Xərçəng xəstəlikləri zamanı hər səhər bir ədəd orta həcmli zirə soğanının şirəsini acqarına içmək tövsiyyə edilir.Bunu 1ay ərzində davam etmək lazımdır.
14.Həmçinin boğaz xərçəngində də hər gün davamlı olaraq balla qara zirə yağı içmək tövsiyyə edilir.
15.İshal xəstəliyi zamanı möhkəmlədici vasitə kimi və habelə sidik ifrazatı ilə bağlı çətinliklər yarandıqda qəbul edilir.
16.Zirə yağı-ilan çalmalarında zəhərə qarşı yaxşı vasitədir.
17.Linfobağlamalara müsbət təsir göstərərək onların azalmasına səbəb olur.
18.Tük örtüyünü bərpa edir və saçların ağarmasına qarşı istifadə edilir.
19.Əgər zirə dənələri 1 saat ana südündə isladılsa və ondan sonra hepatit xəstəliyinə tutulmuş xəstəyə qoxuladılsa,yaxşı müalicə təsiri almaq mümkündür.
20.Görmə qabiliyyətini yaxşılaşdırmaq üçün süsən çiçəyinin yağı ilə qarışdırılmış,döyülmüş zirə dənələrini iyləmək lazımdır.
21.Dəri xəstəliklərinin,iltihablı qoturun(qaşınmaların),cüzamın müalicəsində sirkə sarğıları qoyularkən istifadə edilir.
22.Köhnəlmiş bərk şişlərdə istifadə edilir.
23.Anus dəliyini zirə yağı ilə yağladıqda bağırsaq qurdlarından təmizlənmək olar.
24.Xroniki baş ağrılarında və üz siniri iflicində zirə dənələrini gecə vaxtı sirkədə isladaraq həvəngdə döydükdən sonra iyləmək lazımdır.
25.Damarların tıxaclanmasının müalivəsində ən etibarlı vasitələrdən biridir.
26.Balla qarışdırılmış zirə böyrək daşlaşması xəstəliyinə və sidik kisəsində daşlaşmaya qarşı müalicədə istifadə edilir.
27.Soyuqdəymə xəstəliklərində buruna damcılama aşağıdakı qaydada hazırlanır:zirə dənələrini qovurur,həvəngdə döyür,ona bir qədər yağ qatır və hər burun pərəsinə 3-4 damcı damızdırırlar.
28.Zirə,qızışdırıcı kompres kimi,alına qoyulan sarğılarda tətbiq edilir.
29.Sakitləşdirici xassəyə malikdir və əsəb sisteminə yaxşı təsir göstərir.
30.Qan dövranını və üzün rəngini yaxşılaşdırır(bu məqsədlə zirəni ancaq səhərlər qəbul etmək lazımdır).
31.Zirə yağı damar xəstəliklərinin müalicəsində,o cümlədən,baş beynin damarlarının sklerozunda güclü təsirə malikdir.
32.O,böyrəklərdə və sidik kisəsində yaranan daşları əridir.
33.Körpə əmizdirən ananın südünün artmasına kömək edir.
34.Bağırsaq qurdlarının məhv edilməsinə səbəb olur.
35.Sürtmə yolu ilə ziyilləri əridir.
36.Zökəmi.təngnəfəsliyi,sarılığı və impotensiyanı müalicə edir.
Bu,zirə yağının istifadə edildiyi bəzi xəstəliklərin siyahısıdır.Bundan başqa yağın bir çox digər özəl xüsusiyyətləri vardır.
ƏKS GÖSTƏRİCİLƏR VƏ YAN TƏSİRLƏR.
Qara zirənin müntəzəm olaraq qəbulu orqanizmin xəstəliklərə müqavimət göstərmə imkanını çox gözəl tərzdə yaxşılaşdırır. Hamilə qadınlara və köçürülmə orqanlar(ürək,böyrək,qaraciyər) qoyulmuş xəstələrə həmin preparatın tətbiqi qadağandır,çünki,bu zaman bədənin immuniteti gücləndiyi üçün,köçürülmüş orqan rədd edilə bilər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR