• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bayramqabağı yekəqarından xilas edən üsullar

Bayramqabağı yekəqarından xilas edən üsullar

Qarın əzələlərinin qabarıq olması, heç kimin istəmədiyi bir görünüşdür. Qarın piylənməsi həm də yaşlı bağlıdır. Belə ki, 40 yaşdan sonra bədəndəki yağlar ciddi fəsadlar törədə bilər. Bel və qarın hissəsindəki əzələlər müəyyən yaşdan sonra yerini yağa verir. Heç bir tədbir görülməsə, 40 yaşdan sonra bu, əməlli-başlı problemə çevrilir. Bəzi əlverişli üsullarla bu görünüşdən xilas ola bilərsiniz.

Həm belinizi incəltmək, həm də qarındakı yağlardan qurtulmaq üçün bu qidalardan uzaq durun.

Qidalar

Yemək vərdişlərinizi dəyişdirməlisiniz. Qüsurzsuz qarına qovuşmaq istəyirsinisə, beş zərərli qidadan uzaq durmalısınız. Bunlar şirniyyat, qurabiyə, biskvit, tort və koladır. Çipsi kimi duzlu qidalardan da uzaq durun.

Paxlalı bitkilərə üstünlük verin. Xüsusilə paxla, lobya, mərcimək, meyvələrdən albalı, çiyələk, gilas toxluq hiss etmənizi təmin edən yeməklərdir. Adıçəkilən qidalardan gündə 20-30 qram qida qəbul edə bilərsiniz. Saqqız çeynəmək də çox miqdarda hava udulmasına səbəb olduğu üçün qarını şiş göstərir.

İdman

İdman piyləri əridən ən əhəmiyyətli faktordur. Həm qarnınızdan xilas olmaq, həm də sağlam görünüşə qovuşmaq üçün hər gün nizamlı olaraq idman etməlisiniz.

İçkilər

Çoxlu su için. Ən yaxşı içki buzlu sudur. Çünki kalorisizdir və mədənizə doyma hissi verdiyi üçün daha az yemək yeyərsiniz. Spirtli içkidən uzaq durun. Likör və pivə bədəndəki yağların qarın ətrafında toplanmasına şərait yaradır.

Vitaminlər

Kalsium qəbul edin. Onurğadakı çatlaqlara səbəb olan osteoporozun qarşısını almaq üçün çoxlu kalsium qəbul etməlisiniz. Kalsium sümükləri qoruyur, onları möhkəmləndirir. Təbii ki, həkim məsləhəti olmadan qəbul etmək olmaz.

Bunlardan uzaq durun

Duruşunuzu və yerişinizi nəzərdən keçirin. Dik dayanmağa və dik oturmağa səy göstərin. Oturuş formanız düzgün olmalıdır. Gəzintilərə çıxmalısınız və dik gəzməlisiniz. Gedərkən və oturarkən dik dayanmaq, qarın əzələlərinizin önə çıxmamasına səbəb olur.

Bədəninizin formasına uyğun paltarlar geyinin

Bədəninizi formalı göstərən paltarlara üstünlük verin. Amma bu paltarlar bədən ölçünüzə uyğun olmalıdır. Əks halda heç bir təsiri olmayacaq.

Bəzi paltarlar bel bölgəsini çox bürüdüyü üçün daha qalın göstərə bilər. Üstünüzə çox yapışmayan paltarlar geyinməlisiniz.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR