Sümüklərin bir nömrəli dostları
Bizi izləyin

Tabloid.az

Sümüklərin bir nömrəli dostları

Sümüklərin bir nömrəli dostları

Florida Universitetinin (ABŞ) alimləri osteoporozun inkişafının qarşısını almaq üçün effektiv vasitə tapıblar. Tabloid.az xəbər verir ki, hər gün qara gavalı yemək sümükləri möhkəmlədir.

Osteoporozun yaranması üçün yüksək risk daşıyan klimaks mərhələsinə girən 90 qadın bu təcrübəyə qatılıb. Onları iki yerə ayırıblar. Birinci qrupdakılar hər gün alma qurusu, ikinci qrupdakılar isə qara gavalı yeyiblər. Təcrübə bitdikdə müqayisəli təhlil aparıblı. Məlum olub ki, hər gün qara gavalı yeyənlərin sümükləri daha möhkəm olub.

Bundan başqa, stomatoloqlar qara gavalının kariyes və damağın iltihabı, eləcə də ağız boşluğunun digər xəstəlikləri ilə də effektiv mübarizə aparmağa qadir olduğunu bildirib. Bu meyvə qurusu zərərli mikroorqanizmlərin çoxalmasını əngəlləyir, stomatoloji pozuntular yaradan bakteriyaları bloka salır.

Ancaq qara gavalını artıq hər gün rasionuna daxil etməyə qərar verənləri məyus edən bir xəbər var. Belə ki, hər gün çoxlu qara gavalı yemək qarın əmələ gətirir. Bu baxımdan porsiyanı aşmayın.

Ən az 2 stəkan süd için: Hər gün lazımi miqdarda kalsium qəbul etməyə diqqət edin (1-10 yaş 800 mg, 11-24 yaş 1200 mg, daha sonrakı yaşlarda 800 mg kalsium). Kalsium üçün ən yaxşı mənbə süd və süd məhsullarıdır. Bu səbəbdən gün ərzində ən az 2 stəkan süd və ya qatıq və 2 kibrit qutusu qədər pendir istehlak etməlisiniz.

Hər gün yaşıl yarpaqlı tərəvəz istehlak edin: Xüsusilə brokkoli olmaq üzrə, kələm, ispanaq və kimi yaşıl yarpaqlı tərəvəzlər, quru paxla, fındıq, yerfıstığı kalsiumla zəngindir. Həmçinin badam və qoz kimi yağlı çərəzlərlə bəslənmək, orqanizmi kalsiumla təmin edir.

Ən az 15 dəqiqə gün işığından faydalanın: D vitamini sümük sağlamlığı, kalsium qıtlığı və əzələləri gücləndirmək baxımından əhəmiyyətli rola sahibdir. D vitaminin əsl qaynağı isə günəş şüalarıdır.

İki fincandan artıq qəhvə olmaz: Gündə 2 fincandan çox qəhvə içməyin. Həmçinin çay və kola istehlakını da məhdudlaşdırmağa diqqət edin. Spirt və siqaret də sümük sağlamlığı üçün olduqca zərərlidir. Siqaret çəkməyin və spirtli içkilərdən uzaq durun.

Duzu azaldın: Duz istehlakını məhdudlaşdırın. Çünki həddindən artıq duz kalsiumun sidiklə atılımasını artıraraq sümükdən kalsium itkisinə səbəb olur.

Həddindən artıq arıq olmayın: Pəhriz saxlayanda salam qidalanmağa, orqanizmi vitamin və minerallarla təmin etməyə diqqət edin. Çünki həddindən artıq arıqlıq sümüklərin zəifləməsinə yol açır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm