Məşhur aktrisa yaraşıqlı cangüdəni ilə eşq yaşayır? - Fotolar
Bizi izləyin

Tabloid.az

Məşhur aktrisa yaraşıqlı cangüdəni ilə eşq yaşayır? - Fotolar

Dünya şöhrətli aktrisa Cennifer Lourensin yeni cangüdəni ilə eşq yaşadığı iddia edilib

Dünya şöhrətli aktrisa Cennifer Lourensin yeni cangüdəni ilə eşq yaşadığı iddia edilib.

Castin Riblet adlı mühafizəçini aktrisanın yanında görən paparassilər onları sevgili sanıblar. Ötən gün Los- Ancelesdə çəkilən fotolara aktrisanın fanatlarının reaksiyası isə maraqlı olub. Onun pərəstişkarları sosial şəbəkədə mühafizəçinin çox yaraşıqlı olduğunu və ona paxıllıq etdiklərini qeyd edərək, "Cenniferin yerinə olsaydım, onunla sevgili olardım" tipli şərhlər yazıblar.

Aktrisanın fanatlarından biri isə Uitni Hyuston və Kevin Kostnerin baş rollarda çəkildiyi "Cangüdən" filmini xatırladaraq Cenniferə belə bir sevgi romanı yaşamağı arzulayıb.

Xatırladaq ki, bir müddət öncə Cennifer Lourensin rejissor Qeyba Polskin ilə eşq yaşadığı iddia edilsə də, yaxın ətrafı bu xəbəri təkzib edərək, Qeybanın aktrisanın yaxın rəfiqəsiylə sevgili olduğunu bildiriblər.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm