Dəri rənginə uyğun dırnaq boyasını tapmağın yolları
Bizi izləyin

Tabloid.az

Dəri rənginə uyğun dırnaq boyasını tapmağın yolları

Qadınların ən çox zövq aldığı məşğuliyyətlərdən biri dırnaq boyası çəkməkdir

Qadınların ən çox zövq aldığı məşğuliyyətlərdən biri dırnaq boyası çəkməkdir. Əllərin qüsursuz və zərif görünməsində dırnaq boyasının vacib olduğunu bilən xanımlar ən dəbli məhsullara üstünlük verirlər. Ancaq mükəmməl əlllər manikürü üçün dırnaq boyasının dəbə uyğun olması kifayət etmir. Dodaq boyasını seçərkən dəri rəngimizi nəzərə aldığmız kimi, dırnaq boyası alarkən də bu faktora diqqət etməliyik.

Bəyəndiyiniz hər dırnaq boyası sizin dəri rənginizə yaraşmaya bilər. Belə dırnaq boyası çəkdikdə zərif əlllərlə diqqət çəkmək qeyri-mümkündür.

Bəs dorğu dırnaq boyası rəngini necə seçməli?

Tabloid.az bu sualın cavabını aydınlaşdırıb.

Ağ dəri rənginə sahib olan qadınları şanslı hesab etmək olar. Çünki qar kimi ağappaq dəri rəngi ilə demək olar ki, bütün rənglər yaraşır. Ən çox yaraşan rənglər isə mövsümün trendləri arasında olan qızıl çalarları və tünd qırmızıdır. Son illərdə çox populyar olan qızıl çalarları Yeni il manikürü üçün də uyğun seçim olacaq.

Açıq rəngli dəriyə sahib olan qadınlar bej çalarlara üstünlük verməlidirlər. Açıq tonlardakı bu dırnaq boyalarını xüsusilə dəbdəbəli paltar geyindikdə istifadə edə bilərsiniz. Beləliklə stilinizdə bir harmoniya yaranacaq. Üstəlik bu çalarlarla görkəmizə romantik ab-hava qata bilərsiniz.

Dəriniz buğda rənginə yaxındırsa, sizə ən çox yaraşan açıq çəhrayı dırnaq boyası olacaq. Əllərinizi çox zərif, gözəl göstərməyə qadir olan digər rəng isə narıncıdır. İlin trendləri arasında olan narıncı rəngli manikürünüz ideal görünəcək. Ancaq narıncının tünd çalarlarından uzaq durun.

Qarabuğdayı qadınlar mövsümün ən trend rəngi olan tünd göyə üstünlük verməlidirlər. Bu rəngdəki dırnaq boyası əllərinizin gözəlliyini vurğulayacaq.

Bu dəri rənginə sahib olan qadınları da şanslı hesab etmək olar. Çünki bütün qadınların sevərək istifadə etdikləri tünd qırmızı çalarları ən çox sizə yaraşır.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm