Müğənni insanlığı unudan insanlardan ilham aldı - Fotolar
Bizi izləyin

Tabloid.az

Müğənni insanlığı unudan insanlardan ilham aldı - Fotolar

Hələ ötən ay müğənni Çingiz Mustafayevin “ağır yük” altına girməsi ilə bağlı xəbəri tabloid.az eksklüziv olaraq təqdim etmişdi.

Hələ ötən ay müğənni Çingiz Mustafayevin “ağır yük” altına girməsi ilə bağlı xəbəri tabloid.az eksklüziv olaraq təqdim etmişdi. Müğənni rəsm çəkməyə olan marağından abstrakt bir əsər yaratmaq qərarına gəlmişdir və o, müxtəlif materialların qarışığından əsər yaratmaq qərarına gəlib. Çingizin ötən aydan başladığı iş artıq bitib. Tabloid.az xəbər verir ki, onun rəsmi haqqında maraqlı fikirləri var:

“Bu şəkildə pulun, var dövlətin insanı nə hallara saldığını görürük. İnsan olduğunu unudan insanları görüb, belə acınacaqlı vəziyyətdən təsirlənib bu rəsmi çəkmək ilhamını aldım. Pulun necə təhlükəli bir tələ olduğunu anlamalıyıq və onu əldə edəndə ürəyimizi qəfəsə salmamalıyıq. Əfsuslar olsun ki, bu, asan deyil. İstəyirəm bu rəsmin mənasını sizə izah edim. Rəsmdə sarı saçlı hamilə ana görürük. Bətnində kiçik bir ürək. O ürək getdikcə böyüyür və böyüdükcə çirkinləşir. Uşaq böyüyür. Həddi buluğa çatdığı vaxt, var dövlətə sahib olur və insanlığını itirməyə doğru gedir. Rəsmdə kəndirlə çəkilmiş böyük bir insan başı və insan bədəni görürük. O, əlində Yer kürəsini tutub və bir gözünün içində dollar işarəsi olan dünyaya baxır. Gördüyünüz kimi o birisi gözünü artıq var dövlət tutub. Daha sonra aşağıda əllərini açıb dua edən ürək görürük. O, qəfəsdədir və sahibindən heç olmasa bir dəfə onu görməyini və dinləməsini istəyir. Portretin aşağı sol hissəsində qəbiristanlıq var. İnsan öldükdən sonra belə əli ilə zənciri dartıb bu fani dünyadan qazandıqlarını özü ilə aparmaq istəyir, lakin bunun mümkünsüz olduğunu çox gözəl bilir. Diqqətlə baxsanız görərsiniz ki, bu insanın həm saqqalı, həm də ağzında uşaq əmziyi var. Hətta uşaq şalvarı geyinib. Bu işarə ilə həmin insanın uşaqlıqdan bu günə kimi olan həyatını bir bədəndə əks etdirməyə çalışmışam. Başının üzərindəki açar isə yeganə xilas yolunun beyninin olmasına işarədir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm