Türkiyənin ən seksual qadını nədən bezib? - Fotosessiya
Bizi izləyin

Tabloid.az

Türkiyənin ən seksual qadını nədən bezib? - Fotosessiya

21 yaşlı cazibədar model sayt üçün fotosessiya etdirib və maraqlı açıqlamalar verib

Türkiyənin ən məşhur saytlarından biri olan “Hurriyet.com.tr”-nin oxucuları ilin ən seksual qadınını seçiblər. Oxucular “Miss Turkey 2014”-ün qalibi Amine Gülşəni ilin ən seksual qadını elan ediblər.

Bu münasibətlə 21 yaşlı cazibədar model sayt üçün fotosessiya etdirib və maraqlı açıqlamalar verib.

Amine Gülşə cazibədar olmasının səbəbini həm iraqlı, həm də izmirli olması ilə əlaqələndirib. Gənc model seksuallığa deyil, cazibədar və zərif görünməyə can atdığını vurğulayıb. O, dünyanın ən seksual iki qadınına - İrina Şeyklə, Adriana Limaya bənzədilməkdən bezdiyini bildirib.

Gözəl modelin müsahibəsini tabloid.az-ın “Şirin söhbət” layihəsi çərçivəsində təqdim edirik:

- Həmişə belə gözəl olmusan?

- Hə. Uşaq vaxtı çox şirin olmuşam. Gözlərim indiki kimi böyük imiş. Anam insanların yolda məni görəndə oxşamadan yanımdan keçə bilmədiklərini deyir. Anam deyir ki, “çox gözəlsən” sözünü eşitməkdən təngə gəlirmişəm. Yetkinlik illərimdə gözəlliyimin fərqinə vardım. Bundan sonra rəfiqələrimlə əlaqələrim kəsildi. Mənimlə danışmaq istəmirdilər, harasa gedəndə məni çağırmırdılar. Bəziləri məndən mənasız səbəblərdən küsürdülər. Beləliklə, rəfiqələrimin sayı sürətlə azaldı. Amma bunlar mənə qüvvət verdi. İndi hamısına təşəkkür edirəm.

- Özündə ən çox nəyi bəyənirsən?

- Hər yerimi bəyənirəm. Üzümdə xüsusi olaraq bəyəndiyim yerim yoxdur. Bəzən şərh yazırlar ki, “qaşları qalındır, dişləri əyridir”. Amma mən qaşlarımın gözlərimin gözəlliyini ortaya çıxardığını düşünürəm. Dişlərimi də bəyənirəm. Məncə gülüşüm də çox gözəldir.

- Ən çox bəyəndiyin modellər kimlərdir?

- Azra Akın, Tülin Şahin, Çağla Şikel. Hamısına oxşarlığım var. Məsələn, Azranın gülüşünü oğurlamışam.

- Səni İrina Şeykə bənzədirlər. Bilirəm bu sualı çox eşitmisən, amma yenə də maraqlıdır. Dünya şöhrətli bir gözələ bənzədilmək necə hissdir?

- Uşaqlıqdan bəri Adriana Limaya bənzədilirdim. Buna qalın qaşlarım və iri gözlərim səbəb olub. Lisey illərində hamı məni “Adriana” deyə səsləyərdi. Gözəllik yarışmasından sonra İrina Şeykə daha çox bənzədiyimi deməyə başladılar. Artıq mediada da adım belə hallanmağa başladı. Bu qadınlara bənzədilmək çox yaxşıdır. Amma bəzən bezdiyimi hiss edirəm. Həm də dəfələrlə demişəm ki, türk qadınları Adriana və İrinadan daha gözəldirlər.

- Səncə türk qadını seksualdır?

- Həm də çox... Mən İsveçdə böyüdüyüm üçün bunu fərq etdim. Anam nümunə idi. Zərifliyi, duruşu, yerişi tam fərqli idi. Bir ona, bir də digər qadınlara baxardım. Onda anamın çox fərqli olduğunu görürdüm. Daha sonra Türkiyəyə gələndə buradakı digər qadınların da anam kimi zərif və gözəl olduqlarını gördüm.

- Seksuallıq sənin üçün nə ifadə edir?

- Əslində bir qadına seksual demək doğru deyil. Sevgilim və gələcəkdə də həyat yoldaşımdan başqa birinin mənə "Çox seksualsan" deməsini yaxşı qəbul etmirəm. Çünlki onda özümü əşya kimi hiss edirəm. Seksual əvəzinə "Nə qədər gözəl, nə qədər zərifsən" desələr daha xoşbəxt olaram.

- Bəs ilin ən seksual qadını seçiləndə özünü pis hiss etdin?

-Yox. Çünki çoxlu namizədlər arasından seçiblər. Həm də fotoşəkillərimə baxaraq qərar veriblər. Etiraf edirəm ki, şəkillərdə seksualam.

- Reallıqda elə deyilsən?

-Cazibədar olduğumu qəbul edirəm. Dünyanın ən seksual iki qadınına bənzədilirəm. Adriana Lima və İrına Şeykə bənzədilmək xoşuma gəlmsə də, düşünürəm ki,i məndə də də cazibədarlıq var. Atam İraq mənşəli olduğu üçün saçlarım qara, dodaqlarım qalındır. Anam isə izmirlidir, gözlərimin yaşıllığını ona borcluyam.

-“Victoria Secret” mələyi olmaq istəyərsən?

- Belə bir xəyalım yoxdur. Mən Türkiyə gözəli olmadan əvvəl modelliklə məşğul olmurdum. Aktrisa olmaq istəyirəm. Hazırda bu sahədə təhsil alıram, yaxında məni seriallarda görə bilərsiniz.

- Səncə dünyanın ən seksual qadını kimdir?

- Miranda Kerr. Üz formasını, yerişini, duruşunu çox bəyənirəm. Ağıllı bir qadın olduğunu düşünürəm. Ancelina Colini də çox sevirəm. Bred Pitt ilə bir-birlərinə yaraşırlar. Türkiyədən isə ən çox Tuba Böyüküstünü bəyənirəm.

- Yəqin ki, sənə eşq elanı edən çox olar…

- Olur. Həm virtual aləmdə, həm də reallıqda tez-tez eşq təklifləri alıram.

- Bəs bir kişidə ilk öncə nələrə diqqət yetirirsən?

- Müasir fikirli olması çox önəmlidir. Mədəniyyətli olmalıdır. İlk dəfə 17 yaşım olanda eşq yaşamışam. Bəli, sevgi romanına bi raz gec başlamışam. Demək olar ki, həmişə idman və dərslərlə məşğul idim. Mənim ürəyimi qazanmaq çətindir. Qarşımdakının xarici gözəlliyindən çox ruhuna əhəmiyyət verirəm. Onsuz da hamımız qocalacağıq. Gözəllik gəlib keçir. Mən öz ayaqlarım üzərində dayana bilirəm, birlikdə olacağım kişi də maddi baxımdan güclü olmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm