• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Yeni il gecəsi üçün effektli göz makiyajları - Fotolar və Video

Yeni il gecəsi üçün effektli göz makiyajları - Fotolar və Video

Yeni il makiyajında zərli göz kölgələrinə və ənənəvi qırmızı rəngə daha çox diqqət yetirilir. Bu cəlbedici makiyajla – siz həm öz gözəlliyinizi, həm də gözəl Milad ruhunu özünüzdə əks etdirirsiniz.

Vizajistlərin həmin gecə makiyajda zərli göz kölgələrindən maksimum istifadə etməyə icazə verməsi təəccüblüdür. Siz Yeni il bayramında rəngli göz kölgələrini də təcrübədən keçirə bilərsiniz. Əslində isə bu gün üçün ən ideal rənglər bozla, bənövşəyi, qızılı ilə açıq göz kölgələridir. Metal göz kölgələri isə bu bayramın ən uğurlu rəngləridir.

Yeni il makiyajında effektli göz makiyajı kimi qaşlar da çox önəmlidir. Axı məhz onlar sizin ifadənizin necə olmasını müəyyənləşdirir. Qaş qələmi ilə nazik və çapıqlı qaşları doldura bilərsiniz.

Gündəlik makiyajında qızların çoxu göz qələmindən istifadə edir. Yeni il gecəsində daha effektli görüntüyə nail olmaq üçün layner çəkin. Siz qara xətt əvəzinə maraqlı formalar edə ya da zərli layner çəkə bilərsiniz.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR