Eleqant xanımların boz rəngli palto dəbi - Fotolar
Bizi izləyin

Tabloid.az

Eleqant xanımların boz rəngli palto dəbi - Fotolar

Eleqant xanımların boz rəngli palto dəbi

Havalar çox soyuq olsa belə qəşəng geyinmək üçün sonsuz sayda imkanlar var. Qalın geyinməli olsanız da, düzgün kombinə edilmiş paltar və rəngləri seçdiyiniz zaman bütün obrazınız daha qəşəng və isti olur.

Qışın palto dəbi haqqında bir neçə dəfə məlumat vermişdik. Lakin yuxarıda dediyim kimi qəşəng görünmək üçün imkanlar və trendlər o qədərdir ki, saymaqla bitmir. Qışın palto dəbi arasında qara qədər klassikaya çevrilən boz rəngli paltolar da var. Boz pencək və paltolar bu ilin ən ali dəb tendensiyasıdır.

Boz rəng adətən ağ-qara rəngin qarışığı kimi kül rəngində təsəvvür olunur. Bu rəng lovğalıq, yorğunluq rəngidir. Bu rəngi sevən qadınlar ağıllı, heç kəsə inanmayan və qərarsız olurlar.

Boz rəngli palto dəbi haqqında məlumat verməzdən əvvəl bu rəngin bir neçə xüsusiyyətlərinə nəzər salaq: Boz rəngi sevənlər ən çətin problemləri belə həll etmək qabiliyyətinə malikdirlər. Dəqiq elmlərdən və texnikadan yaxşı anlayışları var. Hər şeydə qayda-qanunu xoşlayır, hətta düşüncələrində belə nizam-intizam hökm sürür. Bu baxımdan ciddi iş yerlərində bozun dress-kod qaydalarına daxil olması təsadüfi deyil. Bu insanlar sizə darıxdırıcı gələ bilər, lakin onlara həmişə güvənə bilərsiniz. Çünki çətin anlarınızda mütləq kömək əlini uzadacaq, sizi heç vaxt tək qoymayacaqlar. Boz rəngi seçənləri adətən soyuqluqda günahlandırırlar, amma bu, yanlış fikirdir, sadəcə onlar həddən artıq cəsarətsizdirlər.

Boz rəngin əsas üstünlüyü ondan ibarətdir ki, qara və bej tonları kimi istənilən rənglə yaxşı yola gedir. Yəni, onu başqa rənglərlə uyğnlaşdırmaq çox asandır.

Bu qış xüsusilə gənc qızlar, çalışan xanımlar küçələrdə zərif və qəşəng boz palto stilləri ilə diqqət çəkir. Mənim favoritim isə boz rəngli oversized (bol) boz pencəklərdir. Həm isti saxlayır, həm də şarmlı göstərir. Böyük və uzun şalların köməyi ilə daha güclü stil yaratmaq olar.

İdman və casual stil (Casual müvəqqəti, gündəlik, adi, təsadüfi, ötəri, təsadüfən olan, qat-qat, təsadüf mənalarına gəlir. Casual tərz əvvəlcədən düşünülməmiş geyim tərzi deməkdir )

Bu qədər qəşəng və rahat palto ilə bir çox casual stil yarada bilərsiniz. Həm gündəlik geyim dəstlərində, həm də həftə sonlarında ən çox üstünlük verilən gözəl və mürəkkəb stillərdəndir.

Klassik və eleqant xanım tərzi

Şalvar və dikdabanlı ayaqqabını boz palto ilə uyğunlaşdıra bilərsiniz. Boz rəngli paltolar iş xanımlarının tərzini daha qəşəng göstərir, həm də güclü iş xanımı təsiri yaradır. Məşhur dəb bloqqerləri və ulduzlar da boz rəngli palto dəbinə laqeyd qala bilmirlər. Tabloid.az boz rəngli plato dəbinə aid bir neçə nümunə seçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm