Astroloji proqnoz - 23 dekabr
Bizi izləyin

Tabloid.az

Astroloji proqnoz - 23 dekabr

Astroloji proqnoz - 23 dekabr

QOÇ – Ümumi çalarlarına görə gərgin vaxt olsa da, özünüzü ələ almağı bacarmalısınız. Çünki qarşınızda duran perspektivlərə yetişmək üçün hansısa dedi-qoduya əhəmiyyət verməməlisiniz.

BUĞA - Qarşınızda duran bu təqvimdə hansısa qeyri-adi və yeni işlərə başlamayın. Yaxşısı budur ki, əsas vaxtınızı mənzil şəraitində keçirəsiniz. Yalnız axşam saatlarında qonaq getmək olar.

ƏKİZLƏR - Nədənsə son vaxtlar sağlıq durumunuzla bağlı problemlər baş qaldırmaqdadır. Bu səbəbdən də özünüzə fikir verməli, qida rejiminə riayət etməlisiniz. Soyuq və spirtli içkilərdən uzaq olun.

XƏRÇƏNG - Demək olar ki, həftənin ən uğurlu gününü yaşayacaqsınız. Bir tərəfdən ailə-sevgi münasibətlərində, digər tərəfdənsə işgüzar sövdələşmələrdə vəziyyət xeyrinizə cərəyan edəcək.

ŞİR - Kifayət qədər uğurlu məqamlar yaşayacaqsınız. İştirakçısı olduğunuz hər bir proses yalnız zövqünüzlə uyğunluq təşkil edəcək. Özünüzə inamı artırmaqla uğurları yaxınlaşdırın.

QIZ - Günün ilk yarısını gərgin keçirsəniz də, özünüzü təmkinli aparmaqla gözlənilən xoşagəlməzliyi dəf edə biləcəksiniz. Sonrakı saatlarda sevindirici hadisələrin şahidi olacaqsınız.

TƏRƏZİ - Həddindən ziyadə uğurlu vaxtdır. Ələlxüsus da axşam saatlarında bəxtiniz gətirə bilər. Həmkarlarınızla aranızda yaranmış soyuqluq da səngiyəcək. Amma bu gün təkliflərdən imtina etməlisiniz.

ƏQRƏB - Əsas enerjinizi sevgi amilinə yönəldin. Çalışın ki, hər bir kəlmənizdə, hər bir ifadənizdə özünüzə qarşı rəğbət oyadasınız. İndiki sərt cəmiyyətdə kiminsə qəlbinə dəymək savab iş deyil.

OXATAN - Astroloji göstəricilər ümumi ovqatınızın yüksək olacağını bildirir. Maraqlı insanlarla rastlaşma ehtimalınız da böyükdür. Bununla yanaşı, bu gün uzaq yola çıxmağa dəyməz.

OĞLAQ - Bürcünüzün ən uğurlu günlərindən birini yaşayacaqsınız. Düzdür, bu gün saat 12-ə qədər müəyyən gərginlik olsa da, sonrakı müddətdə ovqatınız çox yüksək olacaq. Sürpriz də gözlənilir.

SUTÖKƏN - Ulduzlar pulla bağlı məsələlərdə ehtiyatlı olmağı tövsiyə edir. Bir qədər qənaətcil olmağınız vacibdir. Kiməsə borc vermək və ya maliyyə sövdələşmələrinə girişmək yolverilməzdir.

BALIQLAR - Fəaliyyət dairənizi genişləndirmək üçün durmadan işə başlayın. Nəzərə alın ki, bu addım karyeranız üçün böyük əhəmiyyət daşıya bilər. Pul məsələlərində isə ehtiyatlı olun.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm