Azərbaycanlı aktyor 250 minlik borcundan danışdı
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı aktyor 250 minlik borcundan danışdı

Azərbaycanlı yumorist, “Bacanaqlar” serialının baş qəhrəmanlarından biri olan aktyor Elməddin Cəfərov həyatında yaşadığı depressiyadan danışıb.

Azərbaycanlı yumorist, “Bacanaqlar” serialının baş qəhrəmanlarından biri olan aktyor Elməddin Cəfərov “Düzünü desək” verilişində həyatında yaşadığı depressiyadan danışıb. Məlum olub ki, aktyor 6 il əvvəl çox çətin günlər yaşayıb. Aktyorun 250 min borcunun olmasına, bütün qohumlarının ondan üz döndərməsinə baxmayaraq, o, münsiflər qarşısına çıxıb həmin ərəfədə camaatı güldürmək məcburiyyətində qalıb.

“Depressiyadan çıxış yolu intihar deyil. İndi intihar halları çoxalıb, körpü tapan kimi başına çıxırlar. 6 il əvvəl serialımız başlayanda ağır depressiyaya düşdüm. Bir yaxın dostum qohumumdan ev almışdı, ev tikilmədi. Ev satan adamı tutdular. İş mənim boynumda qaldı. Evdə hamı məndən üz döndərdi. 70-80 min arasında pul idi, evimi satmaq istədim, öyrəndim ki, məni öz evimlə bağlı da aldadıblar. Başqa bir işə düzəldim, birinci iş yerimdən isə orada işlədiyim üçün məni məhkəməyə verib, 30 min cərimələdilər. Çıxmaq istədim, yenə məhkəməyə verdilər və 20 min də cərimələdilər. Borcum 250 minə çatdı. Ən böyük problem də o idi ki, mən ssenari yazıb, tamaşaçıları güldürməli idim. Teatr aktyorları çıxıb məni tənqid edirdilər. Mənə deyirdilər ki, sən peşəkar aktyor deyilsən. Məni depressiyadan dini təhsilim çıxardı, səbir etdim. Sonra işlərim düzəldi. Əvvəlcə qohumumun evi alındı, sonra mənim. Ardınca maşın da aldım. İş elə gətirdi ki, mən “İlin ən yaxşı aktyoru” seçiləndə məni bəyənməyənlər məni alqışlayırdılar”.

Tabloid.az həmin görüntüləri təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm