Murat Boz Bakıda – Video
Bizi izləyin

Tabloid.az

Murat Boz Bakıda – Video

Ötən gün çoxdandır Bakıda təqdimatı gözlənilən “Hadi İnşallah” filminin yaradıcı heyəti və baş rolun ifaçıları - müğənni Murat Boz ilə, aktrisa Büşra Pekin filmin qala premyerasına qatılıblar

Ötən gün çoxdandır Bakıda təqdimatı gözlənilən “Hadi İnşallah” filminin yaradıcı heyəti və baş rolun ifaçıları - müğənni Murat Boz ilə, aktrisa Büşra Pekin filmin qala premyerasına qatılıblar. Türkiyəli qonaqlar öncə böyük fanat ordusunun gur alqışlarının müşayiəti ilə qırmızı xalı üzərində addımlayaraq kinoteatra daxil olublar.

Murat Bozun KİV nümayəndələri ilə qısa görüşü baş tutub:

“Filmi tamaşaçılarla bir yerdə izləyib bolluca güləcəyik. Ümid edirəm ki, izləyənlərin xoşuna gələr”.

Daha sonra onlar zala daxil olublar, “Hadi İnşallah”ı tamaşaçılarla birgə izləyiblər.

Qeyd edək ki, maraqlı, dinamik və olduqca gülməli kadrlarla bol olan filmin nümayişi zamanı zaldan fasiləsiz gülüş səsləri yayılıb. Bu da qonaqların çox xoşuna gəlib.

Hətta nümayişdən sonra Büşra Pekin bakılı tamaşaçıların onun yaratdığı Pucca obrazını sevdiklərinə görə sevincli olduğunu bildirib. “Gülüş səsləriniz hələ də qulağımızdadır”- deyə əlavə edib. Həmçinin Qonaqlar azərbaycanlı tamaşaçılara onlara göstərdikləri diqqətə görə təşəkkürlərini bildiriblər.

Filmin rejissoru Ali Taner Baltacı filmin ssenarisini internet fenomeni- Pucca ləqəbi ilə tanınan yazar Selen İşıkın kitablarından faydalanaraq yazdığını bildirib.

Süjet xəttinə gəlincə romantik komediya Pucca adlı qızın həyatından bəhs edir. Dörd il Ankarada bərabər olduğu sevgilisindən ayrılan Pucca, İzmirə ailəsinin yanına qayıdır. Gəlməyən telefon zənglərini gözləyərkən özünə və evə qapanan gənc qadın çətin ayrılıq yaşamaqdadır. Ailəsi onu bu vəziyyətdən çıxarmaq üçün məcburi yerli telekanalların birinə iş görüşünə göndərir. İstəmədən getdiyi məkanda yaraşıqlı Pekmez adlı oğlanla qarşılaşan Puccanın həyatına yeni gün doğur.

Filmdə bəzi kadrlarda İbrahim Tatlısəs, Demet Akalın və Yıldız Tilbenin mahnılarından istifadə olunaraq, maraqlı kadrlar çəkilib. Bu kadrlara isə “İbrahim Tatlısəs sendromu”, “Demet Akalın sendromu” və “Yıldız Tilbe sendromu” adı verilib.

Onu da əlavə edək ki, “Hadi İnşallah” filminin baş qəhrəmanları canlandıran aktrisa Büşra Pekin sosial şəbəkədə Bakı haqqında təəssüratlarını bölüşməyi də unutmayıb.

“Bakı tamaşaçısına aşiq olduq. Gülüş səsiniz hələ də qulağımızdadır. Yaxşı ki, gəlmişik. Təşəkkürlər, salamlar” deyə o, paylaşdığı fotoşəkildəki qeyddə yazıb.

Aktrisanın azərbaycanlı sosial şəbəkə izləyiciləri onu yenidən ölkəmizdə görmək istəyində olduqlarını vurğulayıblar.

Beləliklə, oxucularımıza təqdimat günü olan maraqlı foto kadrları və filmdən olan bir neçə treyleri təqdim edirik:

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm