Dəbli xanımların gözoxşayan saç düzümləri - Fotolar
Bizi izləyin

Tabloid.az

Dəbli xanımların gözoxşayan saç düzümləri - Fotolar

Füsünkar xanımların qəşəng saç düzümləri

Gözəl və baxımlı xanımlar Yeni il gecəsi hamıdan fərqlənmək arzusu ilə yaşayır. Tabloid.az gözəlliyinin qeydinə qalan xanımlara bayram üçün maraqlı saç düzümləri seçib.

Yeni il kimi xüsusi gecələrdə geyimlərimiz ilə uyğun olacaq saç modeli tapmaq lazımdır. Tanınmışlar hər zaman gözəl görünür, bu səbəbdən qırmızı xalıda diqqətçəkən saç və makiyaj modelindən ilham ala bilərsiniz. Həmin gecə xarici məşhur ulduzların ən gözəl qırmızı xalı saç və makiyaj modelləri ilə hər bir xanım valehedici görünəcək.

Əgər sarışın xanımsınızsa, saçlarınızı Teylor Svift tərzində yığa bilərsiniz. Mən onun tərzini, qızılı saçlarını və yumşaq makiyajını çox sevirəm. O, hər zaman mükəmməl görünür! Məncə, dalğalı saç və makiyajını hətta evdə özünüz asanlıqla edə bilərsiniz. Seçdiyiniz gecə paltarı ilə saç modeli gözqamaşdırıcı olmalıdır, buna görə aşağıdakı qalereya nəzər salın və özünüz üçün ilham alın.

Unutmayın ki, qadınlar obrazını hər zaman möhtəşəm saç modeli və makiyaj ilə tamamlamalıdır. Səliqəsiz saçlar ilə xüsusi günlərdə bayıra çıxmaq heç kimə baş ucalığı gətirmir.

Saçınızı topladıqdan sonra obrazınızı parıltılı makiyaj və al-qırmızı dodaq boyası ilə tamamlayın. Dumanlı göz makiyajı ilə tünd rəngli pomadaların qovuşduğu dodaqlar isə mövsümün ən ideal makiyajı hesab olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm