Murad Arifin mahnısını Zinət Sali oxuyacaq - Video
Bizi izləyin

Tabloid.az

Murad Arifin mahnısını Zinət Sali oxuyacaq - Video

Sözləri və musiqisi tanınmış teleaparıcı Murad Arifə aid olan mahnıya Türkiyədə klip çəkilir.

Sözləri və musiqisi tanınmış teleaparıcı Murad Arifə aid olan mahnıya Türkiyədə klip çəkilir. Teleaparıcının sosial şəbəkədə paylaşdığı bir neçə şəkil və videolardan bəlli olur ki, Türkiyənin məşhur rejissoru Nihat Odabaşının çəkdiyi klipdə məşhur müğənni Zinət Sali çəkilir. O, tanınmış teleaparıcının mahnısını ifa edir.

Teleaparıcı Murad Arif kliplə bağlı ətraflı məlumat vermək istəməyib. O, Tabloid.az-a açıqlamasında bunu əldə olunan razılaşma ilə əsaslandırıb: “Klipi maliyyələşdirənlərin şərti belədir ki, ilk məlumat və açıqlamalar Türkiyədə olacaq. Odur ki, mən bu razılaşmaya uymaq məcburiyyətindəyəm. Sosial şəbəkədə klip çəkilişlərindən bəzi şəkillər və kiçik video çarxlar yaymışam. Başqa heç nə deyə bilmərəm”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm