• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Saç bantları ilə zərif stilinizi vurğulayın! – Fotolar

Saç bantları ilə zərif stilinizi vurğulayın! – Fotolar

2015-ci ildən etibarən saçları bantlarla bəzəmək dəbə minəcək. Retro tərzin yenidən hakimiyyəti ələ keçirdiyi bu günlərdə siz də kəpənək formalı bantiklərlə zərif stilinizi vurğulaya bilərsiniz.

Bəziləri elə bilir ki, saçlara bağlanan ağ rəngli bantiklər ancaq uşaqlıq xatirələrimizdə qalacaq. Ancaq keçmişdən ilham almağa davam edən moda sayəsində o illərin hitləri müasir dövrümüzdə də gözəlliyimizi üzə çıxarmaq üçün bizə kömək edə bilir.

“Moschino”, “Sibling”, “Desigual” və “Vivienne Westwood” kimi moda aləminin ən nəhəng brendləri 2015 yaz-yay kolleksiyalarında saç aksessuarı olaraq saç bandlarına üstünlük veriblər.

2015-ci ildə saç aksessuarı olmadan küçəyə çıxmaq zövqsüzlük hesab ediləcək. Odur ki, saç bantlarından necə istifadə etməli olduğunuzu indidən öyrənməlisiniz.

Tabloid.az ilham ala bilməyiniz üçün bu dəblə ayaqlaşan 8 məşhur xanımın 8 möhtəşəm stilini nümunə gətirir:

Son günlərin ən populyar modeli Kara Delevin ağ rəngli bantiki ilə çox gözəl görünür. 60-cı illərin stilini əks etdirən bu saç aksessuarı ilə zərif görünməmək mümkün deyil.

Məşhur model və stil ikonası Aleksa Çanq dağınıq at quyruğu yığdığı saçlarını bantla bəzəyib. “Vivienne Westwood”un 2015 yaz-yay nümayişindəki saç stilini xatırladan bu model hər bir xanıma romantik və müasir görünüş bəxş edir.

1960-cı illərdən bəri dəbli görünmək istəyən xanımların ilham mənbəyi olan Bricit Bardo bu tip bantlardan çox istifadə edirdi. Qadını olduğundan daha gənc göstərən bu aksessuarla saçları bəzəmək çox asandır. Siz də cazibədar Bricit Bardonun saç stilindən ilham ala bilərsiniz.

Saç bantı ilə stilini vurğulayan simalardan biri də Selin oldu. Siz də sadə kombininizi klassik toppuz modeli ilə tamamlayın və saç bantı ilə stilinizi vurğulayın.

Məşhur moda bloqlarından birinin yazarı Bleyr İydi Hollivud ulduzlarını belə qısqandıran möhtəşəm stilini zərif saç aksessuarı ilə tamamlayıb. Məşhur stil ikonasının bir vaxtların fenomeni olan aktrisa Odri Hepbernin zərif tərzindən ilham aldığı aşkardır.

Məşhur “Christian Dior” brendinin “Miss Cherie” adlı ətrinin reklam siması olan aktrisa Natali Portman çəkilişlərdə qara rəngli saç bandından istifadə edib. Parisin zərifliyini saç modelində əks etdirən aktrisa odluqca gözəl görünüb.

Əgər siz də seksual və eyni zamanda da məsum görünmək istəyirsinizsə, saçlarınızı bir az qabardın və tünd rəngli bantik taxın. Gözlərinizi isə mütləq layner çəkərək ön plana çıxarın.

Moda dünyasının məşhur simalarından olan, “Buro-247” jurnalının redaktoru Miroslava Duma şıq “Luis Vuitton” kombinini ağ rəngli saç bantı ilə tamamlayıb.

Öz romantik dizaynları ilə ön plana çıxan modelyer Ulyana Serqenko retro tərzini saç bantı ilə vurğulayıb. Qabarıq saçlarını dəbdəbəli bantiklə bəzəyən Ulyana qadınlara bu dəblə ayaqlaşmaq üçün cəsarət verir.

Siz də bu möhtəşəm saç aksessuarlarından istifadə etməyə tələsin!

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR