Miranda Kerrin qəlbini 100 min dollarlıq hədiyyə ilə ovsunladı - Foto
Bizi izləyin

Tabloid.az

Miranda Kerrin qəlbini 100 min dollarlıq hədiyyə ilə ovsunladı - Foto

Cazibədar model Miranda Kerrə bahalı Yeni il hədiyyəsi gəlib

Cazibədar model Miranda Kerrə bahalı Yeni il hədiyyəsi gəlib. Yaraşıqlı aktyor Orlando Blumdan boşandıqdan sonra adı milyarder iş adamı Ceyms Parkerlə hallansa da, gözəl model bu iddiaları təkzib etmişdi.

Ancaq Ceyms Parkerin Yeni il münasibətilə avstraliyalı modelə 100 min dollar dəyəri olan qızıl sırğa və brilyant dəsti göndərməsi eşq iddialarının doğru olduğuna şübhə qoymur.

Yay tətilini də birlikdə keçirən cütlüyün birlikdə olduqlarını nə vaxt rəsmi şəkildə açıqlayacaqları maraq doğurur.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm