Prezident Alla Puqaçovanı mükafatlandırdı
Bizi izləyin

Tabloid.az

Prezident Alla Puqaçovanı mükafatlandırdı

SSRİ xalq artisti Alla Puqaçova Rusiya Federasiyasının prezidenti Vladimir Putin tərəfindən mükafata layiq görülüb.

SSRİ xalq artisti Alla Puqaçova Rusiya Federasiyasının prezidenti Vladimir Putin tərəfindən mükafata layiq görülüb.

Rusiya şou biznesinin primadonnası “Vətən qarşısında xidmətlərinə görə” dövlət mükafatının dördüncü dərəcəsi ilə təltif olunub. Müğənniyə mükafatı Rusiya prezidentinin özü təqdim edib. Mükafatlandırma mərasimi Kremldə baş tutub.

Ölkə başçısı ilə görüşə Alla Puqaçova kifayət qədər ciddi geyinib. Müğənni bəyaz, qısa ətəkli donun üzərindən qara rəngli üst geyimi geyinib, başına qara rəngli bant taxıb. Prezidentdən mükafat alan xalq artistinin üzündəki sevinci rahat şəkildə sezmək olur.

Puqaçovadan başqa bəstəkar İqor Krutoy da mükafatla təltif olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm