• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Sədaqətli ər axtarırsınızsa, bu bürclə evlənin

Sədaqətli ər axtarırsınızsa, bu bürclə evlənin

Hansı bürcün kişiləri vəfalı və sədaqətli olur? Bəs hansı kişiləri itirməyə təəssüflənməyə dəyməz? Bu sualların cavabını tabloid.az-ın bu icmalında tapacaqsınız.

Hər bir qadın ömrünün sonunadək ona sadiq olacağından əmin olmaq istədiyi kişinin axtarışında olur. Əlbəttə ki, belə həyat yoldaşının axtarışına bəzən həyatımızın böyük hissəsi gedir. Lakin biz xanımların işini yüngülləşdirmək üçün kişilərin bürclərə görə 1-ci, 2-ci, 3-cü yer üzrə sədaqət reytinqini hazırlamaq qərarına gəldik.

Tabloid.az Rusiya mətbuatına istinadən hansı bürcün kişilərinin xəyanətə daha çox meylli olduğunu, hansının isə vəfalı olduğu haqqında yazını təqdim edir:

Qoç bürcü: Hirsli baş, ehtiraslı ürək

Sədaqət reytinqi: 2

Qoç bürcünün kişisi sizə vurulubsa, deməli bəxtiniz gətirib. Çünki Qoçlar romantik və sentimental olurlar. Qoç öz hisslərinə və duyğularına etibar etməyə meyillidir, buna görə də o, sizin istədiyiniz hər şeyi edir. Amma hadisələri tələsdirmək lazım deyil. Qoç bürünün kişiləri istilaçı məqsədinə nail olduqdan sonra asanlıqla yeni eşqlərə yelkən açır. Hər halda onlar münasibətlərdə sakit və özünə əmin, gözəl məşuq, yaxşı, sadiq həyat yoldaşı və gözəl ata olacaq.

Bütün bunlara baxmayaraq, Qoç bürcünün kişi nümayəndələri yeni həyəcanlara açıq olduğu üçün onları sədaqətli ər adlandırmaq olmaz.

Buğa bürcü: Gözəllərin ardınca düşmür, nadir hallarda başını itirirlər

Sədaqət reytinqi: 1

Buğa bürcünün kişiləri zahirən qapalı olsa da, qarşı tərəfə çox dərin hisslər bəsləyirlər. Onlar həm də çox inadkardır, öz məqsədlərinə nəyin bahasına olursa-olsun nail olacaqlar. Əgər onun gözlərində sizə qarşı istək görmürsünüzsə, unutmayın ki, onlar üçün istək və hisslər eyni mənanı ifadə edir. Bu isə o deməkdir ki, sizə aşiq olub. Sizi təbrik edə bilərik. Çünki bəxtiniz həqiqətən də gətirib.

Sevgidə Buğalar çox zərif, ehtiraslı və təsirli olurlar. Əgər Buğa evlənibsə, onun seçimi tamamilə şüurludur. Onlar üçün evlilik dedikdə qarşılıqlı sədaqət nəzərdə tutulur. Ona görə də Buğa bürclərini cəsarətlə ən sadiq kişi saymaq olar!

Əkizlər: Daimi vəfasızlıq

Sədaqət reytinqində 3-cü yerdə dayanırlar.

Əkizlər bürcünün kişiləri başdan-ayağa sirr və müəmmadır. Onlar, əslində, çox soyuqqanlı olurlar. Münasibətlərin başlanğıcında isə sizi tanımaq, öyrənmək istəyi aydın şəkildə görünür. Lakin elə bir dövr gəlir ki, Əkizlər “özünü tərk etmək” istəyir. Bu mərhələdə əkizlər münasibətlərini təhlil edirlər. Əgər münasibətin ona rahatlıq gətirdiyini hiss edirsə, davam edir. Yox, bu münasibəti onu razı salmasa, yeni eşqlər axtarışına çıxırlar. Onlar bir qayda olaraq dəyişkən olduğu üçün münasibətləri tez pozulur. Bu o demək deyil ki, Əkizlər bürcünün kişiləri ilə əlaqə saxlamağa dəyməz, yox! Sadəcə onların xarakterinin bəzi xüsusiyyətlərini bilmək lazımdır.

Xərçəng bürcü: Çox qayğıkeş, eyni zamanda da qısqanc

Sədaqət reytinqi: 3

Xərçəng bürcünün kişiləri ilk baxışda ən etibarlı tərəfdaşlardan biri, sadiq aşiq və ideal ailə sahibidir.

Əslində isə Xərçənglər yalnız özlərinin xüsusi komfortuna can atırlar. Xərçəng bürcünün kişiləri hər şeyə bəhanə tapırlar, bununla yanaşı onlar özlərini heç vaxt günahkar saymırlar. Hətta sevgilisi onu yataqda başqa bir qızla tutsa, buna 100 səbəb və bəhanə fikirləşərək vəziyyətdən çıxacaq. Bu vəziyyətdə günahkar ancaq siz olacaqsınız. Xərçənglər münasibətlərdə çox qarışıq olur. Lakin Xərçənglər arasında öz tərəf müqabilinə sədaqətli olanlara da rast gəlmək olar. Bu isə 30-35 yaşdan sonra ola bilər.

Şir bürcü: Heyvanların şahıdır

Sədaqət reytinqi: 1

Şir bürcünün kişilərini üzdən, hətta uzaqdan tanımaq olar. Onlar möhkəm bədən quruluşuna (və ya buna çox çalışırlar) malikdir, yaxşı geyinirlər və bahalı brendləri çox sevirlər. Həmçinin materialistdirlər. Hədiyyələri də çox həvəslə gözləyirlər. Şirlər ən etibarlı və sədaqətli bürclər siyahısına daxildir. Şirlərdən çox təsadüf səbəblərə görə ayrılmaq olar: əgər siz özünüzü ondan yuxarıda hesab edirsinizsə, yaxud karyerada ondan daha çox uğur əldə edirsinizsə və ya münasibətlərdə idarəedici tərəf siz olmaq istəyirsinizsə. Qalan şeylərdə ona tamamilə əmin ola bilərsiniz: Şir etibarlı və sadiq olacaq!

Qızlar bürcü: Etibarlı və bacarıqlı

Sədaqət reytinqi: 1

Qızlar sevgidə qəlizdirlər. Onlar teatr səhnələri sevmədiklərini üçün sizinlə səhərə qədər rəqs edib, romantik şeirlər oxumayacaqlar. Qız bürcünün kişiləri hər şeyi detallarına qədər təhlil edir, hətta sizin nə geyindiyinizi və özünüzü necə apardığını da xatırlayırlar. Belə kişilər üçün seks fiziki əlaqə deyil. Onlar kifayət qədər vasvası, seçici olduqları və müxtəlif xəstəliklərə yoluxmaqdan qorxduqları üçün təsadüfi əlaqələrdən uzaq gəzirlər. Vasvası olmaqlarına baxmayaraq, Qız bürcünün kişiləri sadiq olurlar.

Tərəzi bürcü: Venera planetinin himayəsi altında

Sədaqət reytinqi: 1

Tərəzilər vicdanlı, diqqətli, etibarlı dost və tərəfdaş ola bilərlər. Tərəzi bürcünün kişiləri qadın ovçusu deyil. Onların məftun etmək, oynamaq xoşuna gəlir və bunun müqabilində qarşı tərəfdən gözəl cavab, tərif, təqdirəlayiq və heyranlıq gözləyirlər. Tərəzilər sabitliyi və müvazinəti sevirlər, buna görə də münasibətlərdə xəyanətə görə boşanma və ayrılıq nadir hallarda baş verə bilər. Əgər o, xəyanət etsə belə, bu hiss onu rahat buraxmayacaq.

Əqrəb bürcü: Əsl sevgilidir?

Sədaqət reytinqi: 3

Əqrəb bürclərinin kişiləri yataqda çox ehtiraslı olduğu hesab olunur. Əqrəb bürclərinin kişilərinə əlçatan heç nə lazım deyil. Onu əldə etmək nə qədər asan olsa, marağı da tez itəcək. Əlçatmaz qadınlara isə daha çox maraq, güclü ehtiras hiss edirlər. Əqrəbləri iki hissə: qəlbi və cismi təşkil edir. Onlar adətən ikincini istifadə edirlər. Birincini yəni, qəlbini əldə etmək üçün ona layiq olmaq lazımdır. Bu iki məqam daim münaqişədədir: ürək sədaqətli olmaq istəsə də, cisim təslim olmur. Cismin nə istədiyini özünüz təsəvvür edin... Buna görə də Əqrəblər ən sədaqətsiz bürclər hesab olunur. Hər halda Əqrəblər ailə qururlar. Onların müsbət cəhətləri də var. Sizin bəxtiniz onda gətirib ki, o, evini və ailəsini qalası kimi öz qoruyur.

Oxatan bürcü: Yeni həyəcanlar...

Sədaqət reytinqi: 3

Bürcün adı onun xarakteri ilə harmoniya təşkil edir. Oxatan bürcünün kişiləri hər sınaqdan keçməyə hazırdır. Bu sınağın nəticəsindən çox prosesin özü daha maraqlıdır. Onlar həyatda hər şeyin dadına baxmağa həvəslidirlər. Tərəzi bürcünün kişiləri iki yerə bölünür: birinci öz seksuallığından və yaradıcılığından istifadə edərək qarşı tərəfi özünə ram edir. Digəri isə əsl Don Juan olur. Bu bürcün nümayəndələri üçün eşqbazlıq idman və ya oyun kimi bir şeydir. Oxatanlar ideal tərəf müqabilinin mövcud olmadığını başa düşən zaman ailə qururlar və bununla kifayətlənməli olurlar.

Oğlaq bürcü: Əsl sabitlik!

Sədaqət reytinqi: 1

Oğlaq bürclərinin kişiləri çox asanlıqla vurulmurlar. Amma vurulanda çox dərindən sevirlər. Oğlaqlar öz hisslərini ifadə etməkdə çətinlik çəkirlər, həm də romantik deyillər. Buna baxmayaraq, bu, onlara möhkəm münasibətlər yaratmağa mane olmur. Əgər Oğlaqlar bir qadını sevirsə, tam əmin olmaq olar ki, o, heç zaman xəyanət etməyəcək və boşanmaqdan imtina edəcək. Oğlaq kişilərini incə paltarlarla və ya möcüzə-makiyajla fəth etmək lazım deyil. Onlar daha mühafizəkar ruhlu olduğu üçün adi klassik kostyumu dəbdəbəli tərzinizdən daha çox qiymətləndirəcəklər. Onlar nikahda təcrübəli, ehtiyatlı və zəhmətkeşdir. O, münasibətlərdə qarşı tərəfdən də bunu tələb edir.

Sutökən (Dolça) bürcü: Azadlıq bizimdir!

Sədaqət reytinqi: 3

Sutökən bürcünün kişiləri nə isə xahiş etməyə öyrəşməyiblər. Əgər onlarla münasibət qurmaq istəyirsinizsə, ilk addımı siz atın və o, özü sizə doğru addımlayacaq. Sutökən bürcünün kişiləri ancaq bir qadını sevdikləri üçün nikahda çox sədaqətli olurlar. Sutökən bürcünün kişiləri sevdiyi xanıma inanırlar, buna görə də onlara nəzarət etmir və tez-tez güzəştə gedirlər. Paradoksal səslənsə də, Sutökən bürcləri arasında boşanma halları daha çox baş verir. Bu isə ona görə baş verir ki, Sutökənlər özgələr üçün ailəsindən daha çox iş görür. Sutökənlər onun qolunu evə bağlamağa çalışdığını hiss edən kimi qaçırlar. Lakin əvvəlcədən qaçış planı hazırlayırlar. Bu plan onların getmək səbəbini ört-basdır edir.

Balıq bürcü: Hissiyyat və səmimilik

Sədaqət reytinqi: 1

Balıq bürcünün kişiləri çox yumşaq və xoşdur. Sevgi onlara sakit və sezilmədən gəlir. Məhz bu bürcün nümayəndələri sevdiyi qadın üçün şeirlər, hətta pəncərə altında serenadalar oxuyur... Amma bir medalın iki tərəfi olur. İkinci də budur ki, nəcib hisslər və emosiyalar əvəzinə balıqlar tez-tez cinsi zövqü seçirlər. Ən nəhayət, Balıq bürcündən olan kişilər ailəyə çox bağlı və sədaqətli olurlar. Ailələri üçün hər fədakarlığı etməyə hazır vəziyyətdə olurlar.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR