Qısa ətəkləri daha təsirli göstərən corab dəbi - Fotolar
Bizi izləyin

Tabloid.az

Qısa ətəkləri daha təsirli göstərən corab dəbi - Fotolar

Qısa ətəkləri daha təsirli göstərən corab dəbi -

Qış trendlərinə nəzər salanda mövsümün olduqca isti keçəcəyini söyləmək olar. Çünki gön-dəri, yun köynəklər, trikotaj geyimlər və panço kimi paltarlar soyuğu hiss etməyə qoymayacaq.

Qış stilinin aksessuarları da bizi şaxtalı havadan qorumağa xidmət edir. Bir çox dizaynerlərin qış kolleksiyalarında yerini alan dizdən yuxarı qalın corablar qışı xəstələnmədən keçirəcəyimizə dair zəmanət verir.

Yay aylarında səndəllərlə geyinilən nazik corab trend olmuşdu. Bu trend qış fəslinə də təsirsiz ötüşmür. Dizdən yuxarı corablar bir çox dizaynerinin kolleksiyasında özünü göstərir.

Dizdən yuxarı corablar neytral tonları ilə diqqət çəkir. Məktəbli tərzinin ön planda olduğu qış mövsümündə dizdən yuxarı corablar bu tərzlə ayaq uydurmağa kömək edir. Əslində isə bu corablar qeyri-adi göründüyü üçün onları geyinmək də cəsarət tələb edir.

Mini ətəklərlə, hətta uzun trikotaj sviterlərlə tamamlanan dizdən yuxarı corablar yeni mövsümün ən cəlbedici trendlərindən biridir. 2014-2015 payız-qış mövsümündə dizdən yuxarı çəkmələrin də əhəmiyyətli rolu var. Dizdən yuxarı corablar uzunboğaz çəkmələrlə geyinildiyi kimi, qısa çəkmələrlə tamamlandıqda uzunboğaz çəkmə geyinmiş kimi təəssürat yaradır. Dizdən yuxarı corab, qara nazik corablarla çox yaraşır. Üstəlik, qış üçün həm qəşəng, həm də isti saxlayan bir variant olaraq diqqət çəkir. Mini ətək, köynək və şortlarla da bu tərz corablar gözəl harmoniya təşkil edir. Xüsusilə,qışda geyinməkdə tərəddüd edilən qısa parçalar üçün gözəl variantdır.

Tabloid.az dizdən yuxarı corab dəbinə aid bir neçə nümunə təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm