Yeni ildə necə qidalanmalı?
Bizi izləyin

Tabloid.az

Yeni ildə necə qidalanmalı?

Sağlamlıq mütəxəssislərindən 7 Yeni il təklifi

Yeni ilə girərkən ürəyinizdə bir çox arzunuz, diləyiniz olacaq. Çalışın o diləklərdən biri də sağlamlığınızla bağlı olsun. Mütəxəssislər Yeni ildən başlayaraq daha sağlam həyat yaşayacaqlarına qəti qərar verən insanların bu sözlərində durduqlarını bildirirlər. Siz də Yeni ilin ilk günlərindən etibarən daha sağlam qidalanmağa və idmanla məşğul olmağa çalışın.

Bəs daha sağlam olmaq üçün həyatınızda nələri dəyişdirməlisiniz?

Tabloid.az dünyanın ən məşhur həkimlərinin Yeni il üçün sağlamlıq tövsiyələrini təqdim edir:

Diyetoloq Lauren Sleyton daha çox yeməyinizi tövsiyə edir. Bu, sizə təəccüblü gələ bilər. Ancaq diyetoloq bildirir ki, gün ərzində sağlam qidaları çox yedikdə kalorisi həddən artıq olan, yağlı, zərərli qidalara qarşı istək azalır. Ona görə də sağlam qidaları yeməkdən çəkinmək lazım deyil.

Məsələn, Yeni ildən etibarən alma sirkəsi və qatığı qida rasionunuza daxil edə bilərsiniz. Gündəlik olaraq bunlardan istifadə etmək sizə özünüzü daha yaxşı hiss etdirəcək. Bu iki qida tez-tez acmağınıza da maneə olacaq.

Vaz keçə bilmədiyiniz dadlı, amma insanı kökəldən qidaları həyatınızdan tamamilə çıxartmağa çalışmayın. Bu iradənizin tezliklə zəifləməsinə və sağlam həyat yaşayacağınıza dair verdiyiniz vədə əməl etməməyinizə səbəb ola bilər. Ən yaxşısı sevdiyiniz bol kalorili qidaları və yeməkləri ayda bir dəfə yeyin. Məsələn, makaronu həftədə deyil, ayda bir dəfə yesəniz, bu sizi kökəltməyəcək.

Yeni ildə bir az daha tez yatmağa çalışın. Əgər gündə 8 saat yatmaq sizin iş rejiminizə uyğun gəlmirsə, onda heç olmasa yatağa həmişəkindən 15-20 dəqiqə gedin. Hər gün bu müddəti bir az daha artıra bilərsiniz. Yuxu sağlamlıq üçün çox vacibdir. Odur ki, yuxu rejiminizi tənzimləyin.

Arıqlamaq istəyirsinizsə, liftə minməyi tərgidin və pilləkənlərdən istifadə edin.

Həftə içi idman etməyə vaxt tapa bilmirsinizsə, gündəlik həyatda daha hərəkətli olmağa çalışın. İş yeriniz çox uzaqda deyilsə, piyada gedin. Marketə, alış-verişə gedərkən avtomobildən istifadə etməyin. Ən yaxşısı isə avtomobildən istifadəni azaldaraq velosipedi həyatınıza daxil etmək olacaq.

Gündə həmişəkindən artıq 500 addım atmaq bədəninizdə əhəmiyyətli dəyişikliklərə səbəb olacaq.

Hədəfiniz təkcə arıqlamaq olmamalıdır. Çünki bu tövsiyələr arıq insanlar üçün də keçərlidir. Hər bir insanın əsas məqsədi sağlam olmaqdır.

Terapevt Deydi Ner Yeni il üçün qarşınıza yeni məqsədlər qoymağınızı tövsiyə edir. O, məqsədlərinizi kiçik qeydlər şəklində yazmağınızı və bu kağızları hər gün görə biləcəyiniz yerlərə yapışdırmağınızı məsləhət görür. Bütün il boyu məqsədsiz şəkildə yaşmaq əvəzinə hədəfinizə çatmağa çalışın.

Bir çoxları hər il eyni sözü verirlər: "Bu il siqareti tərgidəcəm”. Ancaq çox vaxt bu söz 2-3 gün sonra yaddan çıxır. Siqareti tərgitmək üçün özünüzlə kiçik bir oyun oynaya bilərsiniz. Hər gün siqaretə verəcəyiniz pulu bir daxılda toplayın, həftənin və ayın sonunda o pulla özünüzə hədiyyə alın.

Unutmayın ki, siqaret çəkmək xərçəngdən ürək xəstəliklərinə qədər bütün təhlükəli narahatlıqlarla üzləşməyinizə səbəb ola bilr. Risk faktorunu azaltmaq üçün siqareti tərgitmək şərtdir.

Bu il daha xoşbəxt olmağı hədəfləyə bilərsiniz. Ancaq əvvəlcə əlinizdəki gözəlliklərin və yaşadığınız xoşbəxtliklərin dəyərini bilməyi öyrənməlisiniz. Bunun üçün sizə xoşbəxtlik verən hər insanı, hər detalı bir dəftərdə qeyd edin. Ən yaxşısı siz gündəlik yazın.

Araşdırmalar göstərir ki, gündəlik yazan insanlar daha rahat yatır, daha çox idman edir və həkimə daha az müraciət edirlər.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm