Bu gözəlin 42 yaşı olduğuna inanmaq çətindir - Fotolar
Bizi izləyin

Tabloid.az

Bu gözəlin 42 yaşı olduğuna inanmaq çətindir - Fotolar

Bu gözəlin 42 yaşı olduğuna inanmaq çətindir - Fotolar

"Müasir ailə" serialı ilə tanınan aktrisa Sofia Verqara “Newbeauty” jurnalının yeni buraxılışı üçün pozalar verib. Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ceyms Uaytın obyektivi qarşısına keçən gözəl ulduz verdiyi müsahibədə qocalmaq istəmədiyini və gözləmədiyini etiraf edib.

"Qocalmaq istəmirəm! Əgər göz ətrafındakı qırışları dayandırmaq üçün hətta sement tökmək lazım olduğunu desəniz, bunu da edərəm" deyib.

Gənclik yaşları üçün darıxdığını deyən Verqara "Yalan danışmayacağam, 20 yaşında görünməyi sevirəm. Gənclik hər kəsi gözəl göstərir. Dəriniz, saçlarınız daha yaxşı görünür. Amma bunu yalnız qocalanda onu anlamağa başlayırsınız. Özünüzə daha çox güvənirsiniz. Özünə güvən isə qadını daha gözəl göstərir.

Gənclik gözəllik demək olsa da, yaşın gətirdiyi özünəinam də ecazkardır!

42 yaşlı Sofiya Verqara döşlərini böyüdüb və bunu da heç vaxt gizlətmir. Aktrisa plastik əməliyyata gözəllik naminə müraciət etməyin əleyhinə deyil.

Sofiya Verqara sağlam həyat planı haqqında belə danışır: "Çox yemirəm, çox məşq etmirəm, heç bir şeyi çox görmürəm. Ancaq meditasiya ilə çox məşğul oluram. Tez-tez pilateslə məşğul olur və velosipedə minirəm. Təbii ki, dermatoloqumun dediklərini də nəzərə alıram. Günəşə çox çıxmamağa cəhd edirəm. Beləliklə, dərimi gənc saxlayıram”.

Qüsursuz görünməyin isə tamamilə özünə güvən ilə bağlı olduğunu bildirən gözəl ulduz, “Orqanizminiz necə olursa-olsun, özünüzə güvən sayəsində özünüzü yaxşı hiss edərsiniz" deyir. Və əlavə edir: "Makiyaj edərkən şişirtməyi xoşlamıram, amma göz makiyajından imtina etmirəm”.

Sofiya idman zallarına nifrət edir, amma gözəl bədən quruluşunu heç nəyə və heç vaxt güzəştə getmir. Bu səbəblə məşqçilərin tərtib etdiyi idman proqramı adi məşqlərdən uzaqdır. Sofiya fit qalmağın peşə baxımından bir zərurət olduğunu, bu səbəblə formada qalmağı həyat fəlsəfəsi kimi qəbul etdiyini deyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm