• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Madonna üçün “qara bayram”

Madonna üçün “qara bayram”

Bu il dünya pop musiqisinin kraliçası, amerikalı müğənni Madonna üçün ən pis Yeni il olacaq desək bəlkə də yanılmarıq. Tabloid.az xəbər verir ki, hakerlər müğənniyə 2 ağır zərbəni ard-arda vurub.

Ötən həftə hakerlər müğənninin 3 ildir üzərində çalışdığı “Rebel heart” albomu üçün nəzərdə tutulan 13 mahnısını oğurlayaraq internetdə yaymağı bacardı. Bunun ardından müğənni tələsik olaraq gələn ilin mart ayında işıq üzü görməli olan albomunu satışa çıxartdı.

Bu gecə isə müğənni yenidən hakerlərin qurbanına çevrilib. Hakerlər müğənninin üzə çıxartmadığı daha 14 mahnısını internetdə yayıblar.

İlk oğurluqdan şoka düşən və fikirlərini ifadə edərkən senzuradan kənar sözlər işlədən müğənni, sonradan istifadə etdiyi ifadələrə üzr istəməyindən dərs alıb və ikinci oğurluğa hələki münasibətini bildiməyib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR