Gəlinlərin gözəlliklərini vurğulayan ecazkar aksessuarlar - Fotolar
Bizi izləyin

Tabloid.az

Gəlinlərin gözəlliklərini vurğulayan ecazkar aksessuarlar - Fotolar

Gəlinlərin gözəlliklərini vurğulayan ecazkar aksessuarlar

2015-ci ilin gələcək gəlin namizədlərinə və tezliklə toya hazırlaşan gəlinlərə möhtəşəm və bənzərsiz gəlin saçı aksessuarları seçmişik.

Yeni il dəbi bizə parıldamağı diktə etsə də, gəlinlik dəbi xanımlardan maksimum sadə olmağı tələb edir. Məsumluğun rəngi olan ağ gəlinliyi şit makiyajın hücumuna məruz qoymaq və saç düzümü korlamaq həqiqətən də böyük səhv olardı.

Gəlinlərin füsünkar gözəlliklərini vurğulayan gəlin saçlarındakı aksessuarlar çox mühümdür. 2015-ci ilin trend gəlin saçı aksessuarları arasından ən aktual modellərini toplamışıq.

Özünəməxsus tərzi olan qızlar toy günü də öz stilinə sadiq qalmağa çalışır. Bu baxımdan saç aksessuarı simanızı tamamlamaq üçün heyranedici əlavədir. Gəlin saçı üçün aksessuarlar makiyajınız, xarakteriniz və gəlinlik paltarınız ilə tamamilə bütünləşməlidir.

Topladığımız asksessuarlar sizə ilham verərək toy obrazını indidən müəyyənləşdirməyə kömək edəcək.

Bakıda bu cür aksessuarlar tapa bilməyənlər parça və daşlardan özü də maraqlı bəzəklər hazırlaya bilər. Əl işi parçalar, daşlar və incilər, bəzəkli və parlaq gəlin saç aksessuarları sizi həm ecazkar, həm də çox romantik göstərir.

Gəlinlik paltarınızı özünüzə xas saç aksessuarları ilə bəzəyib ecazkar stil yaradın! Toya hazırlaşan əziz xanımlara zəriflik və ehtişam içində sevgi və xoşbəxtlik dünyasına ilk addımınızı atmağı arzu edirik...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm