• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Uşaq pudrası ilə gözəlləşməyin ipucları

Uşaq pudrası ilə gözəlləşməyin ipucları

Uşaq pudrası sayəsində gündəlik həyatda bir çox problemi həll edə bilərsiniz. Makiyajınızdan, ayaqların qulluğuna qədər bir çox yerdə uşaq pudrasından istifadə etmək mümkündür.

Bəs uşaq pudrası necə daha gözəl və baxımlı ola bilərik?

1.Makyajınızı möhkəmləndirə bilərsiniz

Makiyajı tamamladıqdan sonra kiçik bir fırçanın köməyilə üzünüzə uşaq pudrası çəkin. Bu həm makiyajın daha qalıcı olmasına kömək edəcək, həm də üzünüzün yağdan parıldamasının qarşısını alacaq. Ancaq pudradan az istifadə etməyə çalışın.

2.Kirpikləri daha həcmli göstərə bilərsiniz

Tuşunuzu çəkmədən öncə kirpiklərinizə bir az uşaq pudrası çəkin. Bu kirpiklərin daha həcmli görünməsini təmin edəcək.

3.Saçınızı yağdan xilas edin

Saçlarınızın yağlı görünməsi sizi narahat edirsə, uşaq pudrasından istifadə etməlisiniz. Yağların əmilməsi üçün saç dibinə bir miqdar uşaq pudrası sərpə bilərsiniz.

4.Dərini gözəlləşdirmək üçün

Tükləri təmizlədikdən sonra dərinizə uşaq pudrası çəkə bilərsiniz. Beləliklə, həm dərinin qızarmasının, həm də tüklərin dəriyə batmasının qarşısını almaq mümkündür.

5.İdmandan öncə istifadə edin

İdmandan öncə uşaq pudrasını dizlərinizə və yaralanma ehtimalı olan digər bölgələrə çəkin. Beləliklə, yıxılıb yaralansanız belə öncədən çəkdiyiniz pudra sayəsində bədəninizi mikroblardan qorumuş olacaqsınız.

6.Ayaqqabıya səpin

Ayağınızı sıxan ayaqqabının içinə bir miqdar uşaq pudrası tökün. Bu həm ayaqlarda döyənək yaranmasının qarşısını alacaq, həm də ayaq qoxusundan xilas edəcək.

7. Təbii antipersparant

Uşaq pudrasından antiperspirant kimi də istifadə edə bilərsiniz. Qoltuq altındakı nəm və qoxudan xilas olmaq üçün uşaq pudrası çəkin.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR