Müğənni Yaşar: “Mirkamil mənim üçün əsl rəqibdir” - Fotolar
Bizi izləyin

Tabloid.az

Müğənni Yaşar: “Mirkamil mənim üçün əsl rəqibdir” - Fotolar

Yaşar Cəlilovla onun müğənni həmkarı Mirkamil Kamilov duelə çıxıb. Tabloid.az xəbər verir ki, Mirkamil Kamilov Yaşar Cəlilovun çağırışına cavab olaraq onun qarşısına çıxıb.

Yaşar Cəlilovla onun müğənni həmkarı Mirkamil Kamilov duelə çıxıb. Tabloid.az xəbər verir ki, Mirkamil Kamilov Yaşar Cəlilovun çağırışına cavab olaraq onun qarşısına çıxıb.

Bir neçə həftədir ATV telekanalında yayımlanan “N 1” musiqi yarışmasının iştirakçıları Yaşar Cəlilovu dueldə görmək istəyiblər. Müğənni isə həmkarı Mirkamil Kamilovu duelə çağırıb. Bu gün çəkilişi baş tutan duelin qalibi Mirkamil olub. Ancaq Y. Cəlilov bundan narahat deyil.

Müğənni tabloid.az-a açıqlamasında müğənni deyib ki, o, Mirkamili duelə çağıranda da məhz bu məqamı nəzərə alıb:

“Elə iştirakçılar var ki, nəinki uduzmaq, onlarla bir meydanı paylaşmaq istəmirəm. Odur ki, özümə güclü rəqib ola biləcək şəxsi seçdim. Gərək, uduzanda da layiqli rəqibə uduzasan. Mirkamil mənim üçün əsl rəqibdir. Onun istedadı, səs diapazonu, səsi, sənəti göz qabağındadır. Mirkamilə uduzmaq mənim üçün ayıb deyil”.

Qeyd edək ki, proqramın çəkilişi zamanı müğənninin doğum günü də qeyd edilib. Müğənninin prodüseri, teleaparıcı Vüsalə Kərimova studiyaya üzərində mikrofon və notlarla bəzədilmiş tort gətirib. Yarışmanın münsiflər heyəti də Yaşarı hədiyyəsiz buraxmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm