Məleykə Əsədova göz yaşlarını saxlaya bilmədi - Video
Bizi izləyin

Tabloid.az

Məleykə Əsədova göz yaşlarını saxlaya bilmədi - Video

Əsədovanın xalq yazıçısı Bəxtiyar Vahabzadənin “Kimdir mənim düşmənim?” şeirini söyləməsi canlı yayımda təsirli anlar yaşadıb.

Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Məleykə Əsədova “Xəzər” telekanalında yayımlanan “Hər şey daxil” verilişinin qonağı olub. Aktrisa aparıcıların xahişi ilə şeir söyləyib. Əsədovanın xalq yazıçısı Bəxtiyar Vahabzadənin “Kimdir mənim düşmənim?” şeirini söyləməsi canlı yayımda təsirli anlar yaşadıb. Söylədiyi şeirin təsirindən nə Məleykə Əsədova, nə də aparıcı göz yaşlarını saxlaya bilməyiblər.

Kimdir mənim,

Ən qorxulu düşmənim?

Kaş biləydim bunu mən.

O zərbə vurmamışdan

Kəsəydim yolunu mən.

Kimdir mənim düşmənim?

Yaxşımı qoyub,

Yamanımı danışanmı?

Yox!

Eyblərimi deyib,

Arxamca gülənmi?

Yox!..

Mənim nöqsanlarımı

Məndən yaxşı bilənmi?

Yox! Yox! Yox!

Onların gözlərini

Taxaydım öz gözümə.

Özgələrin gözüylə

Baxaydım öz-özümə.

Bacarsaydım bunu mən

Bu dünyada nə dərdim...

Mən onda öz-özümü

Daha yaxşı görərdim.

Onda eyiblərimə

Özüm düşmən olardım;

Görsəydim öz-özümü,

Onda mən, mən olardım! Ah!..

Məni məndən gözəl

Görə bilən dostlarım,

Arxamca qəh-qəh çəkib

Mənə gülən dostlarım,

Gülün, elə gülün ki,

Çatsın qulaqlarıma

Sizin gülüşləriniz.

Yamanımı danışın,

Elə danışın ki, siz

Mən də xəbərdar olum.

Danışın, qoymayın ki,

Mən özümə vurulum.

Ən qorxulu düşmənin

Gələrəm öhdəsindən,

Ancaq özüm özümlə

Bacara bilmirəm mən,

Bacara bilmirəm mən.

Özüm öz əllərimlə

Bir gün bal içirəmsə,

Bir gün zəhər içirəm.

Mən həyat yollarından

Ayaqlarımla deyil,

Əqidəmlə keçirəm.

Qeyd edək ki, Bəxtiyar Vahabzadə şeiri 1960-cı ildə qələmə alıb.

Tabloid.az verilişin videosunu təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm