Gözəlləri utandıran biabırçı paltarları - Fotolar
Bizi izləyin

Tabloid.az

Gözəlləri utandıran biabırçı paltarları - Fotolar

Tabloid.az-ın “9 don” layihəsi çərçivəsində qırmızı xalının ən pis çıxışlarını xatırlatmaq qərarına gəldim.

Ötən il ancaq dəb və zövq zəfərləri ilə yadda qalmayıb. 2014-cü il bəzi ulduzlar üçün həm də təəssüf doğuran uğursuzluqlarla tarixə düşüb. Hətta planetin öz stili, geyim üslubu olan cazibədar qızlar da moda səhvləri ediblər. Tabloid.az-ın “9 don” layihəsi çərçivəsində qırmızı xalının ən pis çıxışlarını xatırlatmaq qərarına gəldim.

Tanınmış stil ikonası Sara Cessika Parker də bəzən ciddi səhvlərə yol verir. Məsələn, o, özünün ayaqqabı kolleksiyasının təqdimat zamanı pərəstişkarları qarşısında 80-ci illərin qəribə ansambllarında çıxır. Bu stili ən kobud, uzun qollu ağ köynəkdən, çəhrayı, yüngül krujeva paltar və qara corabdan ibarət idi.

Сара Джессика Паркер

Model Tayra Benks bu kostyumda çox kobud və sərt görünür. Sanki kostyum onun gözəlliyini oğurlamaq məqsədilə əyninə geyindirilib. Futurizm tərzində tikilən topun yuxarı hissəsindəki şəffaf plastik təsadüfən kimi isə şikəst edə bilərdi, amma formasız şalvarı onun vəziyyətini daha ağırlaşdırır.

Тайра Бэнкс

Oliviya Mann adətən ən pis geyinən ulduzların siyahısına düşməkdən qaçır. Amma Nyu-Yorkda balet mövsümün açılışında o, özünün həmişəki uğurlu tərzində gəlməmişdi. Açıq-aydın görünür ki, qızcığaz məşhur olan qara qu quşu kostyum yaratmaq istəyib. Təəssüf ki, bu cəhdi uğursuz alınıb.

Оливия Манн

Aktrisa Lina Danem müsahibələrində mütəmadi olaraq moda tendensiyalarında öz müstəqilliyini əks etdirdiyini və ictimai rəyin onu maraqlandırmadığını vurğulayır. Bu üsyankar əhval-ruhiyyənin nəticəsində bax belə qəribə tərz yaranır... Bozarmış köynək və onu tamamlayan bol kəsimli yubka...

Лена Данэм

Rita Oranı adətən Rihannanın geyim tərzini təqlid etməkdə ittiham edirlər. Bu dəfə qızcığaz aşkarcasına Beyonsun klipindəki obrazını təqlid edib. Əgər məxmər parçalar qadını cazibədar və füsünkar göstərməyə əlverişlidirsə, Ritanın bodi effektli geyimi qırmızı xalıda çox yersiz görünür. Xüsusi ilə ət rəngli corabları çox itələyici görünür.

Рита Ора

Daha bir dəb səhvinə Teylor Svift yol verib. O, səhnə kostyumu ilə qırımızı xalı libasını səhv salıb. Bodi özlüyündə o qədər də bərbad deyil. Lakin çılpaq ayaqlarla və tünd rəngli ayaqqabılarda məntiqi uyğunluq nəzərə çarpmır.

Тейлор Свифт

Lyupita Nyonqo bu ilin ən dəbli xanımları siyahısına daxil ola bildi. Bu qara qız moda tənqidçilərini çox zaman heyrətə gətirir, demək olar ki, o, gecələrdə həmişə özünə xas tərzi ilə diqqət çəkir. Lakin Met Gala gecəsində orijinallağın həddini aşıb. Aktrisa qırmızı xalıya Afrika qəbiləsinin sakinlərini xatırladan kostyumda gəlmişdi.

Люпита Нионго

Karli Kloss sözsüz ki, çox gözəldir. Hətta krujevalar ilin trendi idi. Amma onun tünd rəngli, şəffaf effekti verən və bütün bədənini örtən libası matəm abı-havası yaradır. Müxtəlif rənglər bir-biri il heç yola getmir. Həddindən çox parça təbəqələri də elə təəssürat yaradır ki, sanki model onlara özü bürünüb.

Карли Клосс

Keyt Apton ən pis geyinən ulduzların siyahısında yer almağa öyrəşməyib. "Başqa qadın" filmindəki siciliyalı dul qadın obrazı əslində onu seksual göstərməli idi. Lakin nəticə çox gülməli alınmışdı. Parça kifayət qədər diqqətçəkən olduğu üçün heç bir aksessuara ehtiyac yoxdur. Keyt isə bu obrazını şit aksessuarlarla tamamlayıb. Rəngarəng üzükləri və kolyesi azmış kimi, başına qara rəngli, geyimlə yaxından və uzaqdan heç bir əlaqəsi olmayan abadok taxıb.

Кейт Аптон

Görünür Demi Murla Brüs Uillsin qızları Rumer Uills bədənini hərtərəfli göstərməyə çox iddialıdır. Rumer qırmızı xalıda çox zaman cəlbedici, kişilərin baxışlarını üzərindən çəkə bilmədiyi geyimlərdə çıxır. Bir nataraz hərəkət və tamaşaçılar gözləniləndən çox şey görürlər.

Румер Уиллис

Keti Xolms Bal İnstitunun derss-kod qaydalarına tamamilə əməl edərək, zəfəran rəngli gözəl qabarıq libasda gəlmişdi. “Marchesa”-dan olan geyimin dekolte hissəsinə bəzək verən və budlara qədər uzanan həcmli qatları olmasaydı, daha yaxşı olardı.

Кейти Холмс

Cessi Cey bu paltarda seksuallığını vurğulamaq qərarına gəlib. Lakin vulqar sözü bu obrazı daha yaxşı xarakterizə etdirir. Parçanın keyfiyyətsiz olması, şübhəsiz dikdaban ayaqqabılar uğurlu tandem deyil.

Джесси Джей

Natali Dormerə deyəsən, bir paltar bəs etməyib. Buna görə də ikisini birdən geyinmək həvəsinə düşüb: altdan göy rəngli tül paltar, üstdən isə çiyni açıq və uzun yarığı olan qara don. Bəli, biri artıqdır...

Натали Дормер

Alessandra Ambrosio özünü paltar-qəfəsin içində dondurmaq qərarına gəlib. Çox dümdüzdür, amma heç də seksuallıq vəd etmir. Gəlin elə edək ki, biz bunu görmədik və bu ulduzun nadir səhvini unutmayacağıq.

Алессандра Амброcио

Kamilla Bel risk edərək geniş, yarımşəffaf, parlaq parçadan tikilən və qeyri-adi silueti olan paltar seçib. Bəzən qeyri-adi görünmək istəyi zövqsüzlüklə nəticələnir. Bu isə sevimli klassikanın daha yaxşı olduğuna əyani sübutdur.

Камилла Бель

Nikol Riçinin geyimi bir qədər çaşqınlıq yaradır. Yunan ilahəsinin geyim stilini qatıb-qarışdırıb. Ağ yubka və köynək, üstündən qara korset tərzi bizim planetin gözəl qızlarının birində görmək istədiyimiz geyim deyil...

Николь Ричи

Lena Leninanın qırmızı zolaqdakı hər çıxışı Kann kinofestivalının moda tənqidçiləri üçün müzakirə mövzusu olur. Bu il yazıçı sadə biçimli, əlvan çəhrayı libasın üzərindən sallanmış böyük avanqard boyunbağısı və futurizm tərzi papaq formasındakı saç düzümü ilə tamaşaçıları təəccübləndirdi.

Лена Ленина

MTV Video "Music Awards" mükafatı üçün amerikalı aktrisa və müğənni Ember Rouz bu geyimi ilə Kaliforniyada tamaşaçıları şoka saldı. Reper Kane Uestin keçmiş sevgilisi olan ulduz qırmızı xalıda metal tor geyimi ilə gündəm yaratmışdı. Arıq olsaydı, bu ekstravantlığı ona keçmək olardı. Artıq çəkisi və metal tor onu itələyici, həm də çox yüngül göstərir.

Эмбер Роуз

Mayli Sayrusu üslub baxımından qiymətləndirmək elə də çətin deyil. Onun dələduz qızcığaz obrazları modelyerləri də qəzəbləndirir. Mayli Sayrus Alessandra Ambrosio kimi ancaq intim yerlərini örtən qəfəsli paltarda biabırçı görünür. Ulduz sinəsi enli dəri lentlərin arxasında gizlədib. Paltarın ətəyi uzun olsa da, onun zövqsüz geyimini xilas edə bilməyib.

Майли Сайрус

P.S Bizim yazılarımızı izləyən dəyərli oxucularımız, ümid edirəm ki, bu yazılanlardan payınıza düşəni dərs aldınız. Sizi qarşıdan gələn Yeni il münasibətilə təbrik edir, həmçinin 2015-ci ildə zövq, gözəllik, dəb və tərz sözlərinin uğurlu birləşməsini arzu edirik. Həmişə gözəllikdə...

"Gündəlik Teleqraf" MMC-yə daxil olmayan saytların istinadla olsa belə web-səhifəmizdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm