Cey Lo yaraşıqlı həmkarı ilə səmimi pozalarda – Fotolar
Bizi izləyin

Tabloid.az

Cey Lo yaraşıqlı həmkarı ilə səmimi pozalarda – Fotolar

27 yaşlı Quzmanla 45 yaşlı Cey Lonun bu fotosessiyası birmənalı qarşılanmayıb

Dünyaca məşhur müğənni Cennifer Lopez yenə gündəmi zəbt edib. Müğənni və aktrisa bu dəfə “Latina” jurnalına verdiyi pozalarla diqqət çəkib. Jurnalın 2015-ci ilin fevral ayında işiq üzü görəcək “Seks və sevgi” mövzulu buraxılışı üçün kamera qarşısına keçən Lopez cazibədarlığı ilə göz oxşayıb.

Gözəl ulduz “The boy next door” adlı filmdə birlikdə rol aldığı yaraşıqlı aktyor Rayan Quzmanla olduqca səmimi pozalarda fotosessiya etdirib. Cey Lo jurnala verdiyi müsahibədə filmdəki obrazın onun özündən bəhs etdiyini bildirib.Aktrisa məhz buna görə də rolunu asanlıqla canlandırdığını söyləyib.

Rayan Quzman isə filmin intim səhnələrində bəzi çətinliklərlə qarşılaşdığını etiraf edib:

“Həmin səhnələrdə çətinlik çəkirdim. Hər səhnəni təkrarlamalı, yenidən çəkməli olurduq. Çox utanırdım”.

Qeyd edək ki, 27 yaşlı Quzmanla 45 yaşlı Cey Lonun bu fotosessiyası birmənalı qarşılanmayıb. İki ulduzun da pərəstişkarları onların eşq yaşadıqlarına inanırlar.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm