Bu geyim qadınlar üçün təhlükə mənbəyidir
Bizi izləyin

Tabloid.az

Bu geyim qadınlar üçün təhlükə mənbəyidir

Bu geyim qadınlar üçün təhlükə mənbəyidir

Qadınların gözəl görünmək üçün əl atmadığı üsullar qalmayıb. Amma bəzi məhsullar gözəllik uğrunda sağlamlığınızı təhlükəyə ata bilər.

Hamı qəşəng görünmək istəyir, ancaq dəbin insanın sağlamlığı bahasına başa gəlməsi qəbuledilməz haldır. Gündəlik həyatda çox tez-tez istifadə etdiyimiz, istifadə edərkən də etibarlı olduğunu sandığımız, ancaq sağlam olmayan bir çox şey var.

Bir zərəri olmayacağını düşündüyümüz üçün istifadə etməkdən çəkindiyimiz keyfiyyətsiz məhsullar sağlamlığımızı təhdid edir. Saxta eynəklərdən, keyfiyyətsiz paltarlara qədər bir çox məhsul bədəndə zədələrin yaranmasına səbəb ola bilər.

Dar şalvarlar

Dar şalvarlar neçə ildir ki, modanın əhəmiyyətli parçalarından birinə çevrilib. Qızları çox cazibədar göstərdiyi üçün gənc qızlar dar şalvarları geyinməyi çox sevir. Ancaq həkimlər sinir sıxışmasına səbəb olduğu üçün bu şalvarları geyinməsini tövsiyə etmirlər. Budun ön yan hissələrinin duyğusunu əhatə edən sinirin dar şalvarlar tərəfindən sıxışdırılması nəticəsində bu bölgədə ağrı və uyuşma ola bilər.

Eyni zamanda, ayaq və bud bölgəsini sıxan çox dar şalvarlar, damarları sıxaraq qan dövranının ləngiməsinə səbəb olur. Bu vəziyyət uzun müddətli varikoz və sellülit kimi problemlərə yol açır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm