• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Ağıllı qadınlar evdə qalır

Ağıllı qadınlar evdə qalır

İngiltərədə aparılan bir araşdırmanın nəticələrinə görə kişilər evlənəcəyi qadınların "IQ" səviyyəsinin özündən daha yüksək olmasını istəmirlər.

İngiltərədəki Bristol, Edinburq, Aberdeen və Qlazqo universitetləri 900 qadın və kişi üzərində birlikdə maraqlı araşdırma aparıb. Bu araşdırma təxminən 30 il davam edib. Araşdırmada iştirak edənlərin 10 yaşında "IQ"-lərini ölçən və 40 yaşlarına qədər həyatlarının necə inkişaf etdiyini təqib edən ekspertlər, ağıllı qız uşaqlarının evlilik həyatlarında uğurlu olmadığını müəyyən edib.

Tabloid.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmaya görə, izdivacı uğurlu olan 88 faizi işində də yüksəlir, daha yaxşı pul qazanır.

Tədqiqatda yer alan ingilis mütəxəssisləri zəkalı və karyerasında uğurlu olan qadınların, evlənəndə münasibətlərini davam etdirmək üçün mübarizə etmək məcburiyyətində qaldığını ifadə ediblər.

3200 qadın arasında aparılan başqa bir sorğunun nəticələrinə görə isə, qadınların 50 faizi cazibədar qadınların həyatdakı müvəffəqiyyət şansının daha yüksək olduğuna inanır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR