Üzeyir Qazaxıstanda konsert verdi - Video
Bizi izləyin

Tabloid.az

Üzeyir Qazaxıstanda konsert verdi - Video

Qeyd edək ki, Üzeyir Mehdizadənin konserti Qazaxıstanın Çimkend şəhərində baş tutub.

Yerli müğənnilərimiz öz vətənimizdə konsert verə bilmədiyi, bilet satışına nail ola bilmədiyi bir ərəfədə gənc müğənni Üzeyir Mehdizadə Qazaxıstanda konsert proqramı ilə çıxış edib. Üzeyirin Qazaxıstan konsertinin təşkilatçısı Samir Xəttabın tabloid.az-a eksklüziv açıqlamasına görə, konserti zəruri edən müğənninin qazax heyranlarının çoxsaylı təklifləri olub. Konsertin təşkilatçısını onu da əlavə edib ki, müğənninin konserti restoranların birində baş tutub. 1 saat davam edən konsertdə Üzeyir qazax heyranları üçün hit mahnılarının əksəriyyətini ifa edib. Üzeyiri səhnədə Qazaxıstanın rəqs qruplarından biri müşayiət edib.

Müğənninin mahnılarına Qazaxıstanda maraq kifayət qədər çoxdur. Hətta qazax müğənniləri Üzeyirin mahnılarını öz dillərində belə ifa edirlər.

Qeyd edək ki, Üzeyir Mehdizadənin konserti Qazaxıstanın Çimkend şəhərində baş tutub.

Tabloid.az müğənninin konsertindən qısa video görüntünü təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm