Ancelina Coli toy günü uğursuzluqlarından danışdı
Bizi izləyin

Tabloid.az

Ancelina Coli toy günü uğursuzluqlarından danışdı

Hollivudun ən gözəl aktrisalarından hesab olunan Ancelina Coli həyat yoldaşı Bred Pitt ilə toy günü yaşadığı uğursuzluqlardan danışıb.

Hollivudun ən gözəl aktrisalarından hesab olunan Ancelina Coli həyat yoldaşı Bred Pitt ilə toy günü yaşadığı uğursuzluqlardan danışıb. Cütlük toy etməyə uzun illər qərar verə bilməyib. Ən yaddaqalan toy günlərində isə hər şey ürəkləri istəyən kimi olmayıb.

Aktrisa indi bütün olanları yada salıb gülümsəyir. Hər şey tortdan başlayıb. Sevgililər özəl günlərinə tort sifariş etməyi unudub. Təsəvvür edin, hər kəsin diqqət mərkəzində olan toyda tort yoxdur… Sonda onları xilas edən oğlanları Paks olub. Körpəlikdən şirniyyata marağı olan Paks valideynləri üçün tort bişirib. Düzdür bu ideal şirniyyat olmasa, Coli və Pitt üçün ən gözəl tort olub.

Amma hər şey şirniyyatla yekunlaşmayıb. Toyun ən önəmli anında qonaqların cütlük üçün ifa etməli olduğu “Here Comes The Bride” mahnısı da oxunmayıb. Toya gec dəvətnamə alan qonaqlar mahnını düzgün oxumayıblar. Bir dağdan başlayıb, digəri dərədən. Nəticədə gülməli musiqi eşidilib.

Toyun ən gülməli məqamı isə cütlüyün andiçmə mərasimi olub. Colinin sözlərinə görə, gəlin və bəy üçün andiçmə sözlərinin müəllifi onların uşaqlarıdır. Ona görə də bu zaman cütlüyün gülüşməsini bütün qonaqlar eşidib.

Aktrisa əlavə edib ki, toy günü yaşanan bu əsəbi anlar onun həyat yoldaşı ilə münasibətlərini daha da möhkəmləndirib: “Bütün bu olanlardan sonra çətin ki, nə isə bizim ailə harmoniyamızı poza bilər. Biz 10 ildir ki, bir yerdəyik. Birlikdə çox şey yaşadıq ki, son toy ilə nəticələndi. Biz bu qərarın düzgün olmasına 100 faiz əmin idik. Mən həyat yoldaşı olmaqdan çox xoşbəxtəm”.

Xatırladaq ki, Hollivud ulduzlarının toyu ən sadə keçirilən toylardan biri olub. 23 avqustda baş tutan tədbirdə cəmi 22 qonaq iştirak edib. Qonaqların da əksəriyyəti cütlüyün bacı-qardaşları və valideynləri olublar. Maraqlı məqamlardan biri də odur ki, Coli öz toyuna atası, aktyor Con Voytu dəvət etməyib. Atası qızının toyu xəbəri mediadan alıb.

Gəlini bəyin yanına böyük oğlanları Meddoks və Paks aparıb. Digər 2 uşaq analarının başına gül ləçəkləri atıb, o biri 2 uşaq isə valideynlərinin evlilik üzüklərini saxlayıb.

Qeyd edək ki, cütlüyün 6 övladı var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm