Cinsi gücü artırmaq üçün küncütdən necə istifadə etməli?
Bizi izləyin

Tabloid.az

Cinsi gücü artırmaq üçün küncütdən necə istifadə etməli?

Zülal, kalsium, maqnezium, kalium kimi minerallarla və B vitaminləri ilə zəngin olan küncüt sizi bir çox xəstəliklərdən qorumağa qadirdir

Zülal, kalsium, maqnezium, kalium kimi minerallarla və B vitaminləri ilə zəngin olan küncüt sizi bir çox xəstəliklərdən qorumağa qadirdir. Sağlamlığınız üçün bu qidanı menyunuza daxil etməlisiniz.

Küncütün tərkibindəki dəmir və vitaminlər qansızlıqdan əziyyət çəkənlərə kömək olur. Yaponiyada aparılan araşdırmalar küncüt yağının bağırsaq xərçəngindən qoruyucu funksiya daşıdığını göstərib.

Səhərlər ac qarına 50 qram küncüt yağı içmək bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Küncüt həm də böyrək xəstəliklərindən qorunmaq üçün yaxşı vasitə hesab olunur. Xüsusilə də böyrək iltihabından xilas olmaq üçün küncütdən istifadə etmək olar.

Küncütün faydalarını saymaqla bitirmək olmur. Bu möcüzəvi toxum sümük əriməsinə qarşı da faydalıdır. Həmçinin immunitet sistemini gücləndirir və ürək-damar sistemi üçün də möcüzəvi qida hesab olunur.

Sağlamlıq üçün vacib olan E vitamini ehtiva edir. Cinsi gücü artırmaq üçün 100 qram döyülmüş küncütü yarım kilo balla qarışdırıb, gündə 2-3 qaşıq yemək lazımdır.

Küncüt yağı öd daşlarının düşməsinə də kömək edir. Qaraciyər xəstəliklərinə qarşı da təsirli olduğu bildirilir.

Özlərini tez-tez yorğun hiss edənlər küncütdən istifadə edə bilərlər. Çünki küncüt insana enerji verir.

Romatizma ağrılarından şikayət edirsinizsə, gündəlik olaraq salatlaırnıza küncüt əlavə edin.

Dəri problemlərindən xilas olmaq üçün də küncütün gücündən istifadə edə bilərsiniz. Xüsusilə də göbələk infeksiyalarına qarşı faydalıdır. Saçları qidalandırır və parlaqlıq verir.

Saça və dəriyə çəkərkən masajla yedizdirməyi unutmayın.

Sonda onu da qeyd edək ki, uşaq əmizdirən analar südü artırmaq üçün 150 qram əzilmiş küncüt ilə bir kilo balı qarışdıraraq gündə üç qaşıq yeyə bilərlər.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm