Şalla kəmər kombinləri küçə stilini ələ keçirdi – Fotolar
Bizi izləyin

Tabloid.az

Şalla kəmər kombinləri küçə stilini ələ keçirdi – Fotolar

Bu trend 2015-ci ildə də öz aktuallığını qoruyacaq

Bu il bir çox məşhur qışın ən sevilən aksessuarı olan şalları kəmərlərlə kombinə etdi. Bu trend 2015-ci ildə də öz aktuallığını qoruyacaq. Xüsusilə, “Burberry Prorsum” 2014-2015 payız-qış kolleksiyasında diqqətçəkən bu üslub artıq küçə modasında da öz sözünü deyir.

Bəs siz bu kombini necə etməli olduğunuzu bilirsiniz

Sizi qışın soyuq havasından qoruyarkən stilinizlə də göz oxşamağınıza kömək edəcək şalları kəmərlə birləşdirmək heç də çətin deyil.

Tabloid.az qarşıdakı ilin əsas trendlərindən biri olan bu kombin üsulunu sizin üçün araşdırıb:

Bu tip kombin üçün mütləq uzun plaş və ya palto geyinməlisiniz. Daha sonra uzun şalınızı boynunuzdan asıb uclarını kəmərin altından keçirin. İstəsəniz, şalın sadəcə bir ucunu kəmərin altında saxlaya bilərsiniz. Bu zaman şalın digər ucunun daha qısa olmasına diqqət edin. Elə edin ki, şalın bir ucu sinə bölgəsində qalsın.

Rəng və naxış baxımından müxtəlif növləri olan dəbli şallarınızı belə kombinə etdikdə getdiyiniz hər yerdə diqqət mərkəzində olacaqsınız.

İlham ala bilməyiniz üçün ən yaxşı kombinləri seçmişik:

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm