Kəskin göz ağrıları və qızartı korluğa səbəb olur
Bizi izləyin

Tabloid.az

Kəskin göz ağrıları və qızartı korluğa səbəb olur

Kəskin göz ağrıları və qızartı korluğa səbəb olur

Göz sağlamlığı mövzusunda diqqət yetirilməsi lazım olan məqamlar

Yuxusuz olduqda ortaya çıxan göz qızartısı, iş stressi və gərginliyi ilə əlaqələndirdiyiniz göz şikayətləri erkən dövrdə müalicə edilmədiyi təqdirdə ciddi xəstəliklərə yol açır. Tabloid.az xarici mətbuata istinadən göz sağlamlığı məsələsində diqqət edilməsi məqamları təqdim edir:

Gözdəki qızartının səbəbi yaxşı müayinə olunmalıdır

Göz xəstəliklərində tez-tez ortaya çıxan əlamətlər qızartı, qaşınma, yanma, şişlik, ağrı və bulanıq görmək kimi hallardır. Bunlar çox zaman infeksiya və ya allergiyadan qaynaqlanır. Ancaq qızartı vaxtında müalicə edilməzsə, korluqla nəticələnə bilər. Ümumiyyətlə, gözlərin qızarması göz xəstəliklərinin ilk əlamətidir. Gözdə hiss edilən hər cür problem ciddi qəbul edilməli və dərhal həkim müayinəsindən keçmək lazımdır.

Göz qapaqları daim şişirsə, bu böyrəklərdə hansısa xəstəliyin əlaməti ola bilər.

Gözlərdə quruluq yanma kimi şikayətlərə yol açır. Yanma ilə birlikdə sulanma varsa, gözə yad bir cisim də girmiş ola bilər. Göz qapağı şişkinliyi isə çox vaxt allergiyanın və ya göz iltihabı xəstəliklərinin əlaməti ola bilər. Bu, davamlı olduğu halda böyrək kimi bəzi orqanlardan qaynaqlanan problemlərin xəbərçisi də ola bilər. Göz ağının üzərini örtən qanaxmalar çox vaxt qüvvətli qaşınma kimi səbəblərlə ortaya çıxsa da, təkrar yaranan qanaxmalarda hipertoniya və ya qanaxmaya yol açan bəzi fəsadlar ağla gəlməlidir.

Gözdəki ağrını qızartı müşayiət edirsə, dərhal həkimə getməli

Göz və ətrafındakı ağrının müxtəlif səbəbləri var. Görmə qüsurları, uyğun olmayan eynək istifadəsi, habelə hipertoniya, miqren, sinusit, göbələk infeksiyası və qızdırma xəstəlikləri də göz və ətrafında ağrıya səbəb olur. Gözə xəfifcə basıldıqda şiddəti artan göz ağrıları, gözün iç qatlarındakı enflamasyonun əlaməti ola bilər. Bu isə ciddi göz xəstəliklərindən xəbər verir.

Ani görmə itkisi

Görmə pozğunluğu adətən göz mənşəli olmaqla müxtəlif nevroloji və damar, bəzi sistematik xəstəliklər və ya göz içi və göz kənarı şişlərindən də qaynaqlana bilər. Görmə pozğunluğu tək və ya cüt tərəfli, davamlı, ya da gəlib keçici şəklində ola bilər. Birdən yaranan görmə qabiliyyətinin itkisi göz damarlarının tıxanması nəticəsində ortaya çıxa bildiyi kimi, beyin qan dövranın pozulması ilə bağlı ola bilər. Bu, təcili müdaxilə tələb edən haldır. Müvəqqəti belə olsa, görmə qabiliyyətinin itkisinə laqeyd yanaşmaq olmaz. Bu əlamət, əslində təhlükə siqnalı deməkdir.

Müalicə edilməyən tor qişalarındakı yırtıqlar korluqla nəticələnir

Gözün önündə hərəkət edən saç tükü və ya nazik saplar, bəzən də qara milçək şəklində xarakterizə olunan hərəkətli cisimlər “vitreus" və tor qişa xəstəliklərinin xəbərçisi ola bilər. Xüsusilə qaranlıqda qəfildən yandırılan işıq, gözün tor qişa təbəqəsindəki yırtığın əlamətidir. Bu problem dərhal müalicə edilməzsə, korluqla nəticələnir.

İşığa həssas sulanan gözlər qalxanabənzər vəzdə xəstəliyin müjdəçisidir

Çəpgözlük, cüt görmə, göz qapağının enməsi göz əzələləri və ətrafındakı bəzi problemlərdən qaynaqlanan myastenia gravis, multipl skleroz (MS) və diabet kimi ciddi xəstəliyin və ya şişin əlaməti də ola bilər. Gözlərin qabağa doğru çıxması, göz qapaqlarının çəkilərək göz genişlənməsi, işıqdan yaranan narahatlıq və sulanma olması qalxanabənzər vəzində funksiya pozğunluğundan qaynaqlana bilər.

Şəkər xəstələrində katarakta diqqət

Yaşlı insanlarda ortaya çıxan göz ağrılarının və görmə qabiliyyətindəki pozğunluğun ən çox rast gəlinən səbəbləri arasında katarakt və maküla degenerasiya (sarı nöqtə xəstəliyi) gəlir. Katarakt görmə qabiliyyətini yavaş-yavaş zəiflədir. Ancaq katarakt yalnız irəli yaşlarda inkişaf edən hal olmayıb, uzun müddət kortizon dərmanından istifadə etmiş insanlarda, şəkər xəstələrində, ya da göz travmasına bağlı olaraq erkən yaşlarda da ortaya çıxa bilir.

Göz təzyiqi ailədən miras qalıb

Qlaukoma (göz təzyiqi), göz içi təzyiqinin görmə sinirində yaratdığı uzunmüddətli zədə nəticəsində, periferik görmənin yavaş-yavaş itirildiyi hiyləgər naviqasiyalı xəstəlikdir. Xəstələr görmə itkisini çox vaxt xəstəliyin inkişaf mərhələsində fərq edərlər. Ailədə göz təzyiqi olanlar, 60 yaşdan yuxarı insanlarda, diabeti və ya hipotiroidi olan insanlarda qlaukomanın inkişaf riski daha çoxdur. Bundan başqa, müxtəlif göz xəstəlikləri keçirmiş, ya da uzun müddət kortizon istifadə etmiş şəxslərdə də göz içi təzyiqində yüksəlmə ortaya çıxa bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm