• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Alagözlü ulduzun ağlasığmaz uğuru

Alagözlü ulduzun ağlasığmaz uğuru

Amerikalı müğənni Keti Perri 2014-cü ildə yeni mahnı ifa etməsə də, ötən il təqdim etdiyi “Prism” albomu bu il əksər TOP 10 reytinqlərdə yer alıb. Onun klipləri “YouTube”da da ağlasığmaz uğur qazanıb.

Müğənni həmçinin sosial şəbəkələrin də əsas ulduzuna çevrilib. 12 sosial şəbəkədə qeydiyyatdan keçən məşhurları araşdırmaqla məşğul olan “Starcount” saytı Ketinin ən çox maraq göstərilən ulduz olmasını araşdırıb.

Statistikaya görə, 12 ay ərzində müğənni “Facebook” sosial şəbəkəsində 25 milyon “like” yığıb. “Twitter”də isə 27 milyon insan onu izləməyə başlayıb. “Instagram”da isə 10 milyon yeni istifadəçi müğənniyə abunə olub. “YouTube” video izləmə portalında son 12 ay ərzində müğənninin kliplərinin baxış sayı isə 3 milyardı keçib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR