Məhəbbətlə qucaqlaşmaq nələrə qadirdir?
Bizi izləyin

Tabloid.az

Məhəbbətlə qucaqlaşmaq nələrə qadirdir?

Məhəbbətlə qucaqlaşmaq nələrə qadirdir?

Soyuqdəyməyə qarşı qucaqlaşın

Məhəbbətlə toxunmaq, sığal çəkmək və qucaqlaşmaq insan psixologiyası və ümumi sağlamlıq üçün çox əhəmiyyətlidir. Tabloid.az xarici mətbuata istinadən xəbər verir ki, Amerikada aparılan bir araşdırmanın nəticələrinə görə qucaqlaşmaq stressdən olduğu qədər soyuqdəymədən də qorunmağa qadirdir.

ABŞ-dakı Karnegi Mellon universitetinin alimlərinin araşdırması, ictimai dəstəyin bir vasitəsi olan qucaqlaşmağın stressdən və soyuq soyuqdəymədən qoruduğunu aşkar edib.

Araşdırmada 404 sağlam yetkin insan iştirak edib. İştirakçılara başqaları ilə hansı tezlikdə mübahisə etdikləri və qucaqlaşanda hiss etdikləri ilə bağlı suallar verilib. Daha sonra qucaqlaşmağın soyuqdəyməyə yol açan geniş yayılmış virusla mübarizədə böyük rol oynadığı məlum olub.

Tez-tez qucaqlaşanların başqaları ilə müqayisədə daha az gərginlik yaşadığı, immunitetinin gücləndiyini və stressə bağlı xəstəliklərə yaxalanma riskinin daha az olduğu müşahidə olunub. Bundan başqa, bu adamlar xəstələnsə belə əlamətlərin çox qucaqlaşmayanlardan daha az olduğu müəyyənləşib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm