Murad Dadaşov fəxri ad almasından danışdı
Bizi izləyin

Tabloid.az

Murad Dadaşov fəxri ad almasından danışdı

Bakı Dövlət Universitetinin psixologiya ixtisasını bitirib. Bundan başqa o, uşaqlıqdan idmanla da maraqlanıb:

“Gündəlik” verilişinin qonağı olan əməkdar artisti Murad Dadaşov həyatının bir sıra maraqlı məqamlarını açıqlayıb. O, bildirib ki, ixtisasca psixoloqdur. Bakı Dövlət Universitetinin psixologiya ixtisasını bitirib. Bundan başqa o, uşaqlıqdan idmanla da maraqlanıb:

“Cüdo ilə məşğul olmuşam. Cüdoda təkcə güc naminə deyil, ağıl və zəka hesabına da qələbə qazana bilərsən. İdman bu gün Azərbaycanı böyük zirvələrə gətirib çıxardıb. 10 milyonluq xalqımız var. Biz gərək güclü olaq”.

Murad Dadaşov onu deyib ki, gənc yaşında əməkdar artist adına layiq görüləndə inanmağı gəlməyib:

“Eşitdim bu xəbəri. İnana bilmirdim. Çünki belə şeylər olanda əvvəldən xəbərlər yayılır. Amma bu, çox xoş oldu. Ad günümə də hədiyyə oldu. 18-i ad günüm idi, 22 dekabr isə əməkdar artist adına layiq görüldüm”.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm