Subay qadınların kişiləri əllərində saxlama üsulları
Bizi izləyin

Tabloid.az

Subay qadınların kişiləri əllərində saxlama üsulları

Subay qadınların kişiləri əllərində saxlama üsulları

Xanımlar anadan olandan qarşı tərəfə gözəl görünməyin yollarını axtarırlar. Keçmiş dövrlərdə nənələrimizin gözəllik uğrunda hansı fədakarlıqdan keçdiyi haqqında məlumat vermişdik. Bu yazıda isə 1930-cu illərdə subay qadınların eşqbazlıq məsləhətlərindən bəhs edəcəyik. Tabloid.az xarici mətbuata istinadən xəbər verir ki, 30-cu illərdə subay qadınlar kişiləri əllərində saxlamaq üçün maraqlı üsullardan istifadə ediblər.

Sevgi nümayişi

Sevgilinizi harada gəldi sığallayıb sevginizi hamıya nümayiş etdirməyin. Xalqa açıq sevgi nümayişləri ucuz göründüyü üçün kişini utandırır və qürurunu sındırır.

Başqa otaqda geyinin!

Cazibənizi itirməmək üçün xüsusən də alt paltarlarını onun yanında deyil, başqa bir otaqda dəyişin.

Sevgilinizi çox gözlətməyin

Sizin dalınızca gələndə çıxmağa hazır olun və onu təbəssümlə qarşılayın. Ümumiyyətlə, görüşlərdə təbəssüm çox vacibdir.

Makiyaj edərkən görməsin

Kişilərin çoxunun güzgü qarşısında saatlarla dayanıb makiyaj edən qadınlardan çoxu gəlmir. Makiyajınızı gizlincə, sizi görməyəcəyi yerdə çəkin.

Oturuşunuza diqqət edin

Qəribə mövqelərdə oturmayın və ondan sıxılanda hiss etdirməyin. Yaxud da mədəni tərzdə yorulduğunuzu deyin. Saqqız çeynəmək istədikdə isə (tövsiyə etmirik) bunu səssiz-səmirsiz, ağzınızı açmadan edin. Kübar xanımlar məhz bu cür davranır...

Rəqs edərkən danışmayın

Dayanmadan danışan qadınlar kişilərə xoş gəlməz. Rəqs edərkən danışmaq da yersiz görünür. Bir kişi rəqs edərkən sadəcə rəqs etmək istəyir. Vacib sözlərinizi rəqsdən sonraya da saxlaya bilərsiniz.

Büstqalter məsələsi də mühümdür

Büstqalter lazım olsa taxın, amma hər dəqiqə dartışdırmayın və elastik bintin qırışmamasına diqqət edin.

Maşın güzgüsünə ilişib qalmayın

Makiyajı təzələmək üçün maşın güzgüsündən istifadə etməyin. Kişinin avtomobil istifadə edərkən o, güzgüyə ehtiyacı var. Güzgüyə düşən makiyaj ləkələrini özü tənzimləməli olduqda əsəbi pozulur.

Ofisiantla söhbət etməyin

Sevgilinizlə əvvəllər olduğunuz məkana gedəndə ofisiant tanış gəlsə də, söhbət etməyin. Bu hərəkət kişilərin xoşuna gəlmir. Həm də onlar sizdən diqqət tələb edir.

Emosional olmayın

Emosional olmayın və onun duyğuları ilə oynayaraq istəmədiyi bir şeyi etməyə, yaxud söylətməyə çalışmayın. Kişilər göz yaşını sevmir, xüsusilə ictimai yerlədə ağlayan qadınlar onları lap çox qıcıqlandırır.

Geyimlərdən bəhs etməyin

Bir kişiyə oturub saatlarla geyimlərdən bəhs etməyin. Məsələn, sizin yeni aldığınız paltar onu qətiyyən maraqlandırmır. Onları ancaq son nəticə və ondan aldıqları zövq maraqlandırır. Xırdalıqları bilmək isə əsəblərini pozmaqdan başqa heç bir işə yaramır. Sevgilinizlə hər ikinizi eyni dərəcədə maraqlandıran mövzulardan bəhs edin.

Həddindən artıq spirtli içki qızları axmaq vəziyyətə salır

Çox içməyin, çünki kişilər gecə boyu etibar və nüfuzunuzu qorumağınızı gözləyirlər. Əks halda görüşdüyünüz kişi sizinlə bütün əlaqəsini kəsmək istəyəcək. Ən yaxşı halda sizdən ancaq dırnaqarası məqsədlər üçün istifadə edəcək.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm