Kişiləri ən çox tərlədən mövzu
Bizi izləyin

Tabloid.az

Kişiləri ən çox tərlədən mövzu

Bu sözlər kişiləri tərlədir

Kişilər duyğularını ifadə etməkdə çətinlik çəkirlər, çox zaman isə ürəyindən keçənləri deməzlər. Bir kişinin qəlbini qadına açıb, içindəkilərini dilə gətirmək üçün xeyli vaxt gözləmək lazımdır. Məsələn, "Səni sevirəm" demək kişilər üçün heç də asan deyil. Duyğularını, sevgisini qadına ifadə edən zaman onları həyəcan və tər basır. Qarşı tərəfin cavabını öyrənmək isə kişilər üçün əsl imthandır...

Bir kişini duygusallaşdırmaq onun ürəyindəkilərini açıb deməsini təmin etmək istəyirsinizsə, doğru yeri və vaxtı seçməyiniz çox əhəmiyyətlidir. Əgər sevgiliniz yorğundursa, başqa bir işə gedibsə və ya dincəlmək istəyirsə, ona yanaşmağınız heç bir nəticə verməyəcək. Dolayısı ilə sevgilinizdən eşitmək istədiyiniz sözləri qoparda bilməyəcəksiniz. Sevginiz məşğuldursa, belə söhbətlərdən çəkinin. Birlikdə bir işlə məşğul olduğunuz zaman söhbəti yavaş-yavaş aça bilərsiniz.

Onunla söhbətə başlayarkən səs tonunuzu yaxşı nizamlayın. Söhbəti başlayan kimi onu bir anda sorğu-suala döndərməyin. O zaman kişi baş verənləri, hisslərini açmaq yerinə qaçmağı üstün tutur.

Kişilər gələcək planlarından danışmağı xoşlayırlar. Xüsusi suallar vermək istədikdə ehtiyatla və qayğı ilə söhbət edin. Bu zaman kişilər düşündüklərinin hamısını etiraf edirlər. Yəni, ancaq etimadını qazandıqdan sonra ürəyini sizə açır. Ona qarşı səmimi olun.

Bəzən susmaq bir kişini dilə gətirməyin ən yaxşı yolu ola bilər.

Qadınlar sevdiyi kişi haqqında hər şeyi bilmək istəyirlər. Daim müdaxilə əvəzinə, hadisələrin öz-özünə inkişaf etməsini gözləyin. Qoyun haqqında baş verənləri özü anlatmaq istədiyi zaman danışsın.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm