İndi gənc müğənnilər nə yaş, nə də statusa önəm verirlər - FOTOLAR
Bizi izləyin

Tabloid.az

İndi gənc müğənnilər nə yaş, nə də statusa önəm verirlər - FOTOLAR

Müğənni Elnarə Xəlilova gənc ifaçılardan şikayətlənir.

Publika.Az xəbər portalına açıqlamasında bu barədə danışan müğənni problemi ifaçıların sayının artmasında görür:

“Bizim dövr gəncliyi ilə indiki gənclik arasında çox fərq var. Biz böyük-kiçik yerini bilirdik. İndi bir az hər şey adiləşib, bayağılaşıb. Bəlkə də gənc ifaçılarının artması ilə əlaqədardır. Bizdən öncəki nəsillər də eyni şeyi deyir. Hərə bir ailədən gəlir, bir tərbiyə alır. Nə qınayıram, nə də inciyirəm. Səbəbin çoxluq olduğunu anlıyıram. Bizim vaxtlarda olduğu kimi hər kəs yerini bilməlidir. Böyük gələn zaman ayağa qalxırdıq, indi də buna əməl edirik. İndi gənc müğənnilər nə yaş, nə də statusa önəm verirlər.

“Burada mənəm, Bağdatda kor xəlifə”-deyirlər. İynənin ucu qədər bu kimi status qazanmaqda gözüm yoxdur. Allah ya tərbiyəni verir, ya da vermir. Bu gün bizdən sonra Sevda Yəhyayevanı, Elçin Cəfərovu dinləyirəm”.

Elvin Elxan

Foto: Nuron

Oxumağa davam et
Reklam
Reklam

Gündəm