Sinəm Kobal: “Qapım eşqə bağlı deyil” - Fotosessiya
Bizi izləyin

Tabloid.az

Sinəm Kobal: “Qapım eşqə bağlı deyil” - Fotosessiya

Sinəm Kobalın füsünkarlığını nümayiş etdirdiyi fotosessiya

Türkiyənin cazibədar aktrisalarından olan Sinəm Kobal “Marie Claire” jurnalı üçün kamera qarşısına keçib.

Jurnalın 2015-ci ildə çıxacaq ilk nömrəsinin üz qabığına çəkilən gözəl ulduz maraqlı imici ilə diqqət çəkib.

Maraqlı pozaları və füsünkarlığı ilə gözoxşayan aktrisa jurnala müsahibə də verib. Aktyor İbrahim Çelikkolla evlilik planları qurarkən bir anda münasibətini bitirən Sinəm şəxsi həyatı və eşqə dair sualları cavablandırıb.

Tabloid.az həmin müsahibəni təqdim edir:

- "Könül işləri" serialın necə gedir?

- Bu serial həyatıma çox gözəl dostluqlar gətirdi. Bu baxımdan çox xoşbəxtəm.

- Heç mənfi obraz canlandırmamısan. Elə bir rol oynamaq istəməzsən?

- Əvvəlki rollarım yaxşılığa xidmət edən obrazlar olublar. Lakin "Könül işləri"ndəki Sevda obrazı problemləri olan, həm yaxşı, həm də pis cəhətləri olan qəribə bir insandır.

- Gələcəklə - karyera və ya evliliklə əlaqədar hansı planların var?

- Həyatı öz axarına buraxmaq lazım olduğunu düşünürəm. Hər anın dadını çıxararaq yaşamağa çalışıram.

- Eşq həyatının harasında durur?

- Mən həyatda hər şeyə eşqlə bağlıyam. Dostlarıma, işimə, ailəmə, sevdiyimə... Həmişə duyğularla hərəkət edən insan olmuşam. Oxuduğum kitaba da eşqlə bağlıyam.

- Hansı səbəbdən eşqə qapılarını bağlaya bilərsən?

- Hər şeyə eşqlə baxıram. İlk növbədə Allah eşqi var içimdə, həyatın içində onun əksini görürəm. O qapı mənim həyatımda heç vaxt bağlanmaz.

- Şəxsi həyatınla bağlı açıqlama vermirsən. Səbəbi nədir?

- Şəxsi həyatımdan danışmağı xoşlamıram. Bu, seçim məsələsidir.

- Hüzurlu olmaq və stress atmaq üçün nə edirsən?

- İndiki dövrdə narahatlıqlar, qorxular, hər şey o qədər tez-tez yaşanır ki, hamı özünü yaxşı hiss etməyin bir yolunu tapmağa çalışır. Mən də bunun yollarını tapmağa çalışanlardanam. İdman edirəm, baletlə məşğul oluram, pilates və aykidoya vaxt ayırıram.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm